Haqqında

Avropa İttifaqının EU4Business təşəbbüsü Şərq Tərəfdaşlığı ölkələrində - Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova və Ukraynada Aİ-nin dəstəyindən faydalanan kiçik və orta müəssisələrin maraqlarına xidmət edir.
az
Maliyyə dəstəyinə çıxış:
  • milli banklar vasitəsilə imtiyazlı kreditlər
  • ev təsərrüfatı biznesləri üçün mikromaliyyələşmə
  • KOB-lar üçün kiçik qrantlar
  • KOB-lara daha yaxşı xidmət etmək üçün milli banklarda əməkdaşların təlim keçməsi
  • KOB-lar üçün maliyyə savadlılığı mövzusunda təlim
Biznesin inkişafı üçün xidmətlərlə bağlı dəstək:
  • KOB-lara bilavasitə konsultasiya və təlimin təmin edilməsi
  • startaplar üçün biznes inkubatorları quran milli biznesə dəstək təşkilatları arasında təlimlər keçirilməsi və kadr potensialının artırılması
  • qarşılıqlı dəstək və inkişaf üçün biznes klasterlərinin inkişaf etdirilməsi
  • hökumətlərin yeni bazarları müəyyən etməsinə dəstək
  • ixracı dəstəkləyən təşkilatlarda kadr potensialının artırılması
Biznesin inkişafı üçün əlverişli mühitin dəstəklənməsi:
  • tənzimləyici islahatlar və qabaqcıl təcrübələrin təşviq edilməsi
  • siyasətçilər və tənzimləyici qurumlar arasında kadr potensialının artırılması
  • dövlət-özəl sektor dialoqunun təşviq edilməsi
  • bizneslərin islahat prosesləri və qaydalar/prosedurlar haqqında məlumatlandırılması
Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm