GLS Bank Cənub-Şərqi Avropa üzrə Avropa Fonduna 27,9 milyon avro yatırıb

Ermənistan Azərbaycan Gürcüstan Moldova Ukrayna
GLS Bank Cənub-Şərqi Avropa üzrə Avropa Fonduna 27,9 milyon avro yatırıb

GLS Bankı Cənub-Şərqi Avropa üzrə Avropa Fonduna (CŞAF) ikinci investisiyasını yatırdı. CŞAF-ın 27,9 milyon avro dəyərində əskinaslarını alan bankEU4Business təşəbbüsü çərçivəsində fəaliyyət göstərdiyi Cənub-Şərqi Avropa və Avropanın Şərq Qonşuluğu regionunda mikro və kiçik müəssisələrə maliyyədən istifadə təmin etmək və az gəlirli fərdi ev təsərrüfatlarına dəstək məqsədilə CŞAF ilə səylərini birləşdirir.

Almaniyanın ilk sosial və ekoloji bankı olaraq GLS Bank qırx ildən artıqdır özünün müsbət sosial təsir yaratmaq məqsədinə sadiq qalmışdır. 2015-ci ildə CŞAF-a ilk uğurlu investisiyasından sonra adı çəkilən yeni yerləşdirmə də bankın ixtisaslı investor müştəriləri arasında bölüşdürülərək onların fondun hədəf regionlarında iqtisadi inkişafı və rifahı təşviq etmək kimi missiyasında səmərəli iştirakına imkan verəcək.

CŞAF-ın İdarə Heyətinin sədri Kristof Tiskens bu sözləri deyib: "Missiyası missiyamızla olduqca oxşarlıq təşkil edən GLS Bank bizim dəyərli tərəfdaşımızdır: qeyri-kafi xidmət göstərilən ərazilərdə kiçik biznes sahiblərinə uğur qazanmaları üçün lazımi maliyyə vəsaitlərini əldə etməyə və fərdi ev təsərrüfatlarının davamlı maliyyəyə çıxış imkanlarının olmasından əmin olmaq. Biz uğurlu əməkdaşlığımızın davam etdiyni elan etməkdən məmnunluq duyuruq."

GLS Bankın sözçüsü Krisfo Lützel isə bildirib: "Tərəfdaşlığımız olduqca məhsuldar olmuşdur. İnvestorlarımıza Cənub-Şərqi Avropa və Avropanın Şərq Qonşuluğu regionunda maliyyə xidmətlərindən istifadə etmək imkanını təkmilləşdirməyə yönəlmiş davamlı maliyyə məhsulu təklif etməyə davam etməkdən məmnunuq. Fondun investorların risk profillərini aradan qaldıran dəyərləri investorlarımız arasında yüksək qiymətləndirilir".

Cənub-Şərqi Avropa üzrə Avropa Fondu

Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (CŞAF) Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Nazirliyi (BMZ) və Avropa Komissiyasının maliyyə dəstəyi ilə Almaniya İnkişaf Bankının (KfW) təşəbbüsü ilə yaradılmışdır. Şərq Tərəfdaşlığı regionunda EU4Business təşəbbüsü çərçivəsində fəaliyyət göstərən fondun məqsədi Albaniya, Ermənistan, Azərbaycan, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Makedoniya, Kosovo, Gürcüstan, Moldova, Monteneqro, Rumıniya, Serbiya, Ukrayna və Türkiyədə iqtisadi inkişafa və rifaha şərait yaratmaqdır.

Mikro, kiçik və orta müəssisələrin inkişaf etməsində maliyyə vəsaiti mühüm rol oynadığı üçün, müvafiq və davamlı maliyyələşmə təmin etmək məqsədilə CŞAF diqqətini yerli maliyyə sektorlarının bacarıqlarının artırılmasına dəstək verməkdə cəmləşdirir. CŞAF maliyyələşməsi uzunmüddətli maliyyənin kredit müştərilərinə, xüsusən mikro və kiçik müəssisələrə (KOM-lar), eyni zamanda mənzillərin təkmilləşdirilməsi üçün yerli tərəfdaş kredit təşkilatları vasitəsilə fərdi ev təsərrüfatlarına istiqamətləndirilməsini nəzərdə tutur. CŞAF-ın investisiya fəaliyyətini dəstəkləyən CŞAF İnkişaf Mexanizmi, tərəfdaş kredit təşkilatlarında əməliyyat bacarıqları və peşəkar idarəetmə yaratmaq üçün texniki dəstək, konsaltinq və təlim xidmətləri təmin edir.

Layihənin EU4Business təşəbbüsü çərçivəsində Aİ kanalları Şərqi Tərəfdaş Ölkələrində özəl sektoru dəstəkləyir, biznes və KOM-ların maliyyə mənbələrindən daha yaxşı istifadə etməsinə dair peşəkar məsləhət xidməti təmin edərək əlverişli işgüzar mühit istiqamətində fəaliyyət göstərir. Təşəbbüsün məqsədi regionda fəaliyyət göstərən KOM-ların nəhəng potensialını üzə çıxarmaq və bu yolla iqtisadi inkişafa və yeni iş yerlərinin yaradılmasına təkan verməkdir.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm