Şərq Tərəfdaşlığı: Aİ və tərəfdaş ölkələr rəqəmsal iqtisadiyyat üzrə əməkdaşlığı genişləndirir

Ermənistan Azərbaycan Gürcüstan Moldova Ukrayna
Şərq Tərəfdaşlığı: Aİ və tərəfdaş ölkələr rəqəmsal iqtisadiyyat üzrə əməkdaşlığı genişləndirir

Aİ və altı Şərq Tərəfdaşı Ölkələri rəqəmsal iqtisadiyyat sahəsi üzrə əməkdaşlığı gücləndirmək barəsində razılığa gəlib. Adı çəkilən tərəflər rouminq tariflərinin azaldılması, kibertəhlükəsizlik probleminin əlaqələndirilmiş şəkildə həll edilməsi və rəqəmsal sahədə daha çox iş yerlərinin yaradılması məqsədilə elektron xidmətlərin artırılmasını nəzərdə tutan yol xəritəsi qəbul edib.

21-22 iyun tarixlərində Belarusun paytaxtı Minskdə keçirilən Şərq Tərəfdaşlığı Ölkələrinin 10-cu Qeyri-Rəsmi Tərəfdaşlıq Dialoqunda çıxış edən Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı Yohannes Han bildirib: "Bütöv regionda yaşayan vətəndaşlara fayda vermək məqsədilə Aİ özünün Şərq tərəfdaşları ilə rəqəmsal sahədə sıx əməkdaşlığını davam etdirəcək. İqtisadiyyatları gücləndirmək və elektron xidmətləri artırmaq üçün yüksək sürətli genişzolaqlı internetin təşviq edilməsi, rəqəmsal sahədə yeni iş yerlərinin yaradılması, Şərq Tərəfdaşı Ölkələri arasında rouminq tariflərinin azaldılması, kibercinayətkarlıq və kibertəhlükəsizliklə mübarizə prioritet sahələrdir. Biz 2020-ci ilə qədər əməkdaşlıq üzrə şəffaf proqram çərçivəsində konkret nəticələr əldə etməyi nəzərdə tuturuq".

Öz növbəsində Rəqəmsal İqtisadiyyat və Cəmiyyət üzrə Komissar Mariya Qabriel bu fikirləri səsləndirib: "Bu günkü Qeyri-rəsmi Tərəfdaşlıq üzrə Dialoq sübut edir ki, biz Avropanın ümumi rəqəmsal gələcəyinə doğru düzgün yoldayıq. 2020-ci ilə qədər praktiki nəticələrin əldə olunmasında və bu yolla vətəndaşlara birbaşa fayda gətirən daha güclü rəqəmsal iqtisadiyyatın qurulması və rəqəmsal transformasiya sahəsində uğur qazanmağa nail olmağa kömək edən Şərq tərəfdaşlarımızın göstərdikləri əzmi ürəkdən alqışlayırıq. Genişzolaqlı internet bağlantısının genişləndirilməsi, rouminq tariflərin azaldılması və kibertəhlükəsizlik sahəsində əməkdaşlığa dair yol xəritəsi Aİ və Şərq Tərəfdaşı Ölkələri arasında rəqəmsal sahəni əhatə edən uzunmüddətli əməkdaşlıq istiqamətində atılan ilkin addımların cəmi bir neçəsidir.

Şərq Tərəfdaşlığı çərçivəsində baş tutan, Aİ və altı Şərq Tərəfdaş ölkəsi -ErmənistanAzərbaycanBelarusGürcüstanMoldova və Ukraynanı bir araya gətirən Şərq Tərəfdaşlığı Ölkələrinin 10-cu Qeyri-Rəsmi Tərəfdaşlıq Dialoquna Belarus Respublikası ev sahibliyi edib.

Tədbirin işçi sessiyaları rəqəmsal iqtisadiyyat sahəsində sektoral əməkdaşlıq və xarici işlər kimi məsələləri əhatə edib. Tədbirin ilk günü üç əsas məqsəd müəyyən edilib:

1. Rouminq tariflərinin azaldılmasına dair yol xəritəsinin qəbul olunmasına ehtiyac;

2. kibertəhlükəsizlik probleminin əlaqələndirilmiş şəkildə həll olunması

3. Rəqəmsal iqtisadiyyat və cəmiyyətin biznes sahəsində çalışan maraqlı tərəflərə və vətəndaşlara verdiyi potensialdan istifadə.

Tədbirin son günü Komissar Yohannes Han, Avropa Xarici Fəaliyyət Xidmətinin Siyasi İşlər üzrə Baş katibinin müavini Jan-Kristof Belliard və altı Şərq Tərəfdaş ölkəsinin Xarici İşlər nazirləri 2020-ci ilə qədər 20 praktiki nəticəyə əsaslanan aşağıdakı dörd prioritet sahənin gələcəyinə olan aydın baxışlarını ifadə ediblər: 1. Daha güclü iqtisadiyyat; 2.Daha güclü idarəetmə; 3. Daha güclü əlaqələr; 4. Daha güclü cəmiyyət. Konkret məqsədlərə Trans-Avropa nəqliyyat şəbəkəsinin (TEN-T) tərəfdaş ölkələrə qədər genişləndirilməsi, enerji səmərəliliyinin artırılması, KOM-lara yerli valyutalarla kreditlərin verilməsinin asanlaşdırılması və gənclərə dəstək daxildir.

Şərq Tərəfdaşlığı Ölkələrinin Qeyri-Rəsmi Tərəfdaşlıq Dialoqu ildə bir dəfə növbə ilə Şərq Tərəfdaşlığı ölkələrindən birində keçirilir. Bu dialoqların məqsədi tərəfdaş ölkələr və Aİ-nin xarici siyasət və sektoral əməkdaşlıq sahələri üzrə yüksək səviyyəli nümayəndələri arasında açıq və qeyri-rəsmi fikir mübadiləsinin aparılması üçün imkan yaratmaqdır.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm