You are using an outdated browser. Please upgrade your browser to improve your experience.
Yuxarı

Şərq Tərəfdaşlığı regionunda sənaye və KOM sahəsi və digər sahələrdə çalışan tədqiqatçılar Aİ-nin tədqiqat və innovasiya üzrə Üfüq-2020 proqramına aid genişmiqyaslı praktiki seminar və oxşar fəaliyyətlərdə iştirak etmək məqsədilə Avropa İttifaqının qrant yardımını almaq üçün ərizə ilə müraciət edə bilərlər.

Qrant yardımının məqsədi Aİ-yə üzv ölkələr, qeyri-ŞT ölkələri və ŞT ölkələri arasında elmi şəbəkələri genişləndirmək, eləcə də təqdim olunan H2020 layihə təklifləri arasında ŞT ölkələrindən olanların sayını artırmaqdır.

Bu layihə çərçivəsində ŞT ölkələrində aşağıdakı orqanlarda fəaliyyət göstərən tədqiqatçılara maliyyə yardımı veriləcək:

  • Tədqiqat müəssisələri, məsələn, tədqiqatla məşğul olan institutlar/təşkilatlar, ali təhsil müəssisələri və s.
  • Sənaye
  • Bələdiyyələr
  • KOM-lar

Adı çəkilən layihədə qaliblərin Üfüq-2020 proqramı ilə əlaqədar genişmiqyaslı praktiki seminarlar və oxşar fəaliyyətlərdə, eləcə də H2020 çərçivəsində seçilmiş tematik çağırışlara yönəlmiş layihə təkliflərinin hazırlanmasına dair hazırlıq görüşlərindəki iştirakı maliyyələşdiriləcək.

Ərizələrin son qəbulu tarixi 31 may 2018-ci ildir.

Təklif olunan tədbirlərə aşağıdakılar daxildir:

Əlavə məlumat almaq məqsədilə ərizələrin qəbulu üzrə internet səhifəsinə baş çəkin https://www.eap-plus.eu/object/call/123

 

Ən son Xəbərlər
az
18.03.2024
Avropa İttifaqı Azərbaycanın kənd yerlərində xüsusilə qadınların iştirakı ilə yeni sahibkarlıq müəssisələrin yaradılmasına fəal şəkildə dəstək verir. Aİ-dən maliyyə dəstəyi almaq üçün Bakıda olmaq, ali təhsilli olmaq və ya biznesə sahib olmaq tələb olunmur.
az
02.02.2024
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın dövlət yük və sərnişin daşımaları şirkəti olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO) şirkətinə 42 milyon dollar (38,71 milyon avro) məbləğində kredit verib.
az
05.09.2022
EU4Business, ölkələr üzrə keçən ilin əsas nəticələrinin icmalını əks etdirən Azərbaycan üçün Vətəndaşların Xülasəsi 2022-ni dərc etmişdir.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm