EU4Business təşəbbüsünün yubiley hesabatı sözügedən təşəbbüsün 2019-cu ilə təsadüf edən 10 illiyinə həsr olunub. Kamil və eyni zamanda sürətlə inkişaf edən EU4Bsuiness təşəbbüsü Şərq Tərəfdaşlığının flaqman təşəbbüslərindən birinə çevrilərək son on ildə Aİ-Şərq Tərəfdaşlığı (ŞT) əlaqələrində əldə edilən irəliləyişləri nümayiş etdirir. EU4Business təşəbbüsünün ümumi büdcəsinin 3 milyard avrodan çox olması ilə nəticələnən 417 milyon avro dəyərində Aİ öhdəliyi 10 illiyini qeyd edən təşəbbüsün 49 proqram və layihəsinin payına düşür.
Bu Yubiley Hesabatında oxuculara EU4Business təşəbbüsünün 10 il ərzində əsas mərhələlərdən keçdiyi yol, eləcə də mühüm faktlar, rəqəmlər və nailiyyətlər haqqında qısa məlumat təqdim edilmişdir.