EU4Business Təşəbbüsünün bu hesabatında Azərbaycandakı iqtisadi vəziyyətin dərindən təhlili ilə yanaşı, hal-hazırda ölkədə həyata keçirilən EU4Business layihələri təqdim edilir. Hesabatda həmçinin hazırki milli siyasətlərə və KOM-lar üzrə milli strategiyada planlaşdırılan gələcək tədbirlərə diqqət verilir.
Əsasən şirkətlərin qeydiyyatını asanlaşdırmaqla və elektron hökumət xidmətlərini yaratmaqla, KOM-lar üçün təşkilati, tənzimləyici və fəaliyyət mühitini möhkəmləndirmək məqsədilə Azərbaycan bir çox addımlar atmışdır. Lakin siyasətin natamamlığını aradan qaldırmaq, idarələrarası koordinasiyanı təkmilləşdirmək və dövlət və özəl sektor arasında dialoqu gücləndirmək məqsədilə hərtərəfli KOM strategiyası hələ də qəbul edilməmişdir.
Digər ŞT və Aİ ölkələri ilə müqayisədə, Azərbaycanda KOM-ların inkişafı aşağı səviyyədədir. 2016-cı il üzrə İƏİT KOM siyasəti indeksinə əsasən, son 4 ildə Azərbaycan əhəmiyyətli dərəcədə təkmilləşməyə nail olmuşdur, amma hələ də qanunverici bazanı, maliyyədən istifadəni və KOM-ların beynəlmilləşdirilməsinə ehtiyac var.