EU4Business Ölkə Hesabatı 2018 - Azərbaycan

Hazırkı EU4Business ölkə hesabatı Azərbaycanda cari makroiqtisadi və biznes mühitinin, o cümlədən kiçik və orta sahibkarlıq müəssisələrinin fəaliyyət göstərdiyi mühitin hərtərəfli qiymətləndirilməsindən ibarətdir. Hesabatda xüsusi diqqət kiçik və orta sahibkarlığın inkişafına və EU4Business layihələri portfelinin bu məqsədi necə dəstəkləməsinə verilmişdir. Hesabatda həmçinin kiçik və orta sahibkarlıq üçün nəzərdə tutulmuş donor və digər dövlət proqramlarının təhlili verilmiş, habelə çatışmazlıqlar və gələcək ehtiyaclar qiymətləndirilmişdir.

EU4Business Katibliyi Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin hər birində EU4Business təşəbbüsünün inkişafını və nailiyyətlərini təhlil edən üçüncü Ölkə Hesabatını hazırlamışdır. 2018-ci il Ölkə Hesabatlarına iki yeni element əlavə edilmişdir: kiçik və orta sahibkarlar arasında aparılmış anket-sorğuların nəticələri və ŞT ölkələrinin hər birində EU4Business tərəfdaşları arasında keçirilmiş dəyirmi masaların gəldiyi qənaətlər. Hesabatda bölmələr üzrə aparılmış tədqiqat EU4Business-in dörd əsas təməlinə diqqət yetirir və Azərbaycan ilə bağlı əldə edilmiş irəliləyişi qiymətləndirərək, tövsiyələr verir.

Hesabatda Azərbaycanda kiçik və orta sahibkarlığa təsir göstərən şəraitlə bağlı çoxsaylı araşdırmaların təhlilinə və sintezinə cəhd göstərilir, belə ki, EU4Business təşəbbüsü üzrə səylərin böyük qismi neft sektorunun diversifikasiyasına nail olmaqla kiçik və orta sahibkarlıq üçün fəaliyyət mühitinin tənzimlənməsinə yönəldilmişdir. Burada təqdim edilmiş materiallar Azərbaycanda aparılan islahat müzakirələrini dəstəkləyəcək, kiçik və orta sahibkarlığa təsir göstərən şəraitin və normativ-hüquqi bazanın daha da yaxşılaşmasına xidmət edəcək.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm