EU4Business Ölkə Hesabatı 2019 - Azərbaycan

EU4Business təşəbbüsünün ölkə üzrə bu hesabatı Azərbaycanda cari makroiqtisadi və biznes mühitinin, o cümlədən kiçik və orta sahibkarlıq müəssisələrinin fəaliyyət göstərdiyi mühitin hərtərəfli qiymətləndirilməsindən ibarətdir. Hesabatda xüsusi diqqət kiçik və orta sahibkarlığın inkişafına və EU4Business layihələri portfelinin bu məqsədi necə dəstəkləməsinə verilmişdir.

EU4Business Katibliyi Şərqi Tərəfdaş (ŞT) ölkələrinin hər birində EU4Business təşəbbüsünün inkişafını və nailiyyətlərini təhlil edən dördüncü Ölkə Hesabatını hazırlamışdır. Hesabatda bölmələr üzrə aparılmış tədqiqat EU4Business-in dörd əsas təməlinə diqqət yetirir və Azərbaycan üçün ilə bağlı əldə edilmiş irəliləyişi qiymətləndirərək tövsiyələr verir.

Hesabatda KOM-lardan ibarət hədəf qruplarına məxsus qiymətləndirmə və maraqlı tərəflərin iştirakı ilə keçirilən dəyirmi masanın ətraflı nəticələri daxil olmaqla, bu nəticələrə əsaslanan təkliflər də verilmişdir. Təqdim edilmiş materiallar Azərbaycanda aparılan islahat müzakirələrini dəstəkləyəcək, kiçik və orta sahibkarlığa təsir göstərən şəraitin və normativ-hüquqi bazanın daha da yaxşılaşmasına xidmət edəcək.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm