EU4Business Təşəbbüsü çərçivəsində Avropa İttifaqından maliyyə dəstəyi alan Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycandakı quşçuluq şirkətlərindən birinə fəaliyyətini genişləndirmək üçün maliyyələşmə əldə etməyə kömək edib.
AYİB Azərbaycanda quşçuluq təsərrüfatı ilə məşğul olan Nabran-Quşçuluq MMC-yə yararlı biznes planın hazırlanmasında və AYİB-in tərəfdaş banklarından birindən maliyyələşmə əldə etməkdə yardım etmişdir. Layihə başa çatdıqdan sonra bir il ərzində Nabran-Quşçuluq MMC mövcud istehsal avadanlıqlarının sayını artırmağa, yeni topdan satıcılarla müqavilələr imzalamağa və tadavülü 10% artırmağa nail olmuşdur.
2013-cü ilin dekabr ayı AYİB-in tərəfdaş banklarından biri - Dəmir Bank adı çəkilən şirkətə biznes planın hazırlanmasında kömək etmək məqsədilə şirkəti AYİB-in Kiçik Müəssisələr üçün Məsləhət Komandasına yönəltmişdir. AYİB Nabran-Quşçuluq MMC-ni yerli məsləhətçi - Sahibkarlar üçün Məsləhət Evi MMC ilə əlaqələndirmişdir.
Məsləhətçi:
- Şirkətin rəqibləri, onların qiyməti, avadanlıq, şərait, işçilərin sayı və digər vacib cəhətlər haqqında məlumat toplayır;
- Şirkətin cənub rayonlarını əhatə edən bazardakı payını araşdırır;
- İnvestisiya ehtiyacları üzrə qrafik və cədvəllər hazırlayır;
- Şirkətin səmərəliliyini hesablayır;
- Biznes plan hazırlayır və şirkətin rəhbərliyinə təqdim edir.
2014-cü ilin may ayında təqdim edilən biznes plana əsasən şirkətə Dəmir Bank tərəfindən 2 milyon avro dəyərində kredit verilir.
Maliyyələşmə əldə etdikdən sonra, şirkətin rəhbərliyi İtaliyadan yeni avadanlıqlar alır, altı sexdə quraşdırır və işçilər üçün şəraiti yaxşılaşdırır (nahar otağı və duş kabinəsi).
2015-ci il may ayında şirkət üç yeni sexin tikintisinə başlayır. Bu tədbirlər şirkətə istehsalın həcmini 20% artırmağa imkan verir.
Eyni zamanda şirkətin rəhbərliyi şirkətə Bakı şəhərində fəaliyyətini genişləndirməyə imkan verən bir neçə paytaxt supermarket ilə müqavilə imzalayır.
Layihə başa çatdıqdan sonra bir il ərzində Nabran-Quşçuluq MMC tadavülü 10% və işçilərin sayını 22% artırır.
Şirkətin sahibi Mahir Hacıyevin sözlərinə görə, layihə olduqca müvəffəqiyyətli olmuş və şirkətin biznesini genişləndirməyə kömək etmişdir.
Layihənin ümumi həcmi
8638 avro
Müştərinin töhfəsi
3455 avro