Kiçik bir kafedən restoranlar şəbəkəsinə: EU4Business-in köməyilə Rizvan öz biznesini kökündən necə dəyişdi

Azərbaycan
Kiçik bir kafedən restoranlar şəbəkəsinə: EU4Business-in köməyilə Rizvan öz biznesini kökündən necə dəyişdi

Biznesi mənə həvalə etdikdə valideynlərim onların kiçik kafesinin nə vaxtsa dəyişəcəyini heç təsəvvür belə etməzdilər. [...] ancaq, sahibkarlıq toxumunu məndə onlar əkib. Bir də doğru (maliyyə) tərəfdaşı tapmaq üçün bir qədər sağlam düşüncə deyən Rizvan Qarayev Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (CŞAF) və EU4Business-in dəstəyi ilə Bakıda valideynlərindən ona qalan kafeni çörəkxana və restoranlar şəbəkəsinə çevirdi.

Rizvan deyir ki, cəmi qırx kvadrat metr ölçüdə kiçik olmasına baxmayaraq, kafe həmişə müştərilərlə dolu olardı. O, bunu atasının kafedə bişirdiyi şirniyyatlarla əlaqələndirir.

Səhər, günorta və axşam Bakının hər tərəfindən buraya insanlar toplaşardı və dünyanın ən gözəl çayının dadına baxmaq üçün anasının baş çəkdiyi bu kafe, bir və ya iki, bəlkə də üç nəfis şəkərburadan ləzzət alaraq ən son dedi-qodulardan xəbərdar olmaq üçün ideal məkan idi.

Çörəkxanada Rizvan atasından badam və bir çox başqa dadlı içliklərdən ibarət şirin qənnadı məmulatlarını bişirməyi öyrənmişdi. O, günortalar kafeyə gələr, dostsevər və xidmət yönümlü olmağın əhəmiyyətinin incə texnikasını öyrənərək masaların yanında gözləyərdi. Rizvan deyir ki, kaş ballı paxlava qurtaranda kafedə baş verənləri təsəvvür edə bilərdiniz.

Biznesin növbəti səviyyəyə qaldırılması

"Atam biznesin idarə edilməsini mənə ötürəndə onunla bağlı bir neçə ideyam var idi. Onlardan birincisi isə çörəkxana və kafemizin növbəti səviyyəyə qaldırılması ilə bağlı banka getmək oldu" - deyə Ruslan xatırlayır.

Artıq yeddi il keçib və Access Bankla doqquzuncu kreditimizdir. Hazırda Xaçmaz, Qusar, Xudat, o cümlədən Rizvanın yenicə ikinci restoranını açdığı Quba kimi böyük şəhərdə "Mahir Lahmacun" adı mükəmməl yemək və mehriban ailəvi atmosferlə sinonimdir.

O bildirir ki, biznesə rəhbərlik etməyə başlayanda səkkiz nəfər idilər. "İndi sayımız iyirmi ikidir. Bundan əlavə, biz paketləşdirilmiş şirniyyatlar istehsal etməyə hazırlaşırıq".

Cənub-Şərqi Avropa üzrə Avropa Fondu

EU4Business təşəbbüsünün bir hissəsi olaraq, Cənub-Şərqi Avropa üzrə Avropa Fondunun məqsədi əsasən mikro və kiçik müəssisələrin (MKM-lər) və fərdi ev təsərrüfatlarının Azərbaycandakı Access Bank kimi ixtisaslı yerli maliyyə qurumları vasitəsilə davamlı əlavə inkişaf maliyyələşdirməsinin təmin edilməsi yolu ilə iqtisadi inkişaf və rifaha şərait yaratmaqdır. 

Bir kreditin ortalama həcmi 4 min avrodan bir az artıq olmaqla, EU4Business təşəbbüsü çərçivəsində Rizvanın Azərbaycanda biznesi kimi kiçik bizneslər üçün CŞAF 50 mindən artıq sub-kreditlər ayırmışdır.

 

Daha çox öyrən

CŞAF - Sahibkarlıq təcrübədə

CŞAF-ın internet səhifəsi

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm