Yerli kitab mağazasının genişlənməsi öz inventar tutumunu aşdıqda mağazanın sahibi kömək üçün Kiçik Biznesə Dəstək (SBS) Qrupundakı İT mütəxəssislərinə müraciət etdi.
2001-ci ildə sadəcə 600 ABŞ dolları məbləğində ilkin investisiya ilə xanım Köçərli kitab mağazısını açmışdır. Bu pulla o Rusiya və Ukraynadan kitab alaraq onları Azərbaycanda satmışdır. İlk öncə o bu işi birbaşa sifarişlər yolu ilə edirdi, lakin tezliklə biznesi böyümüş və kitabları bütün evi tutmuşdur. Beləliklə 2005-ci ildə o özünün ilk Əli və Nino kitab mağazasını açdı.
Bu gün Əli və Nino mağazalar şəbəkəsinə beş mağaza, stasionar mağazada altı kitab güşəsi, iki kitab kafesi və onlayn kitab mağazası daxildir. Bu müəssisənin arxasında 70 insan gücündə bir heyət durur.
Lakin bir çox insan və mağazalardan gələn çoxsaylı sifarişlər ilə onun köhnəlmiş inventarlaşdırma sistemi biznesini məhv etmək təhlükəsinə atmışdır. Onlayn bazarı daha da yaxşı mənimsəmək üçün xanım Köçərliyə inventarlaşdırmaya yeni yanaşma tələb olunurdu və bunun üçün o SBS-də olan mütəxəssislərə müraciət etdi.
SBS-in təcrübəli məsləhətçisinin köməyi sayəsində xanım Köçərli mövcud İT sistemlərinin imkanları, xərci və effektivliyini dərk edə bilmişdir. Bu informasiya ilə o, Əli və Ninonun artım trayektoriyasını saxlamaq imkanında olan yeni inventarlaşdırma sistemini büdcədə nəzərə alıb icra edə bilmişdir.