Aİ tərəfindən maliyyələşdirilmiş maliyyə idarəetməsi mövzusunda təlim sayəsində saç ustası Türkan Pənahova indi öz uğurlu gözəllik salonunun fəxarət hissi keçirən sahibidir.
Azərbaycanlı gənc saç ustası Türkan Pənahova öz biznesinin mövcudluğu urğunda mübarizə aparırdı. Biznesinin yaxşı olmasına baxmayaraq o, öz pulunu idarə etmək və biznesi artırmaq üçün ən yaxşı yol tapmaqda çətinlik çəkirdi.
Aİ tərəfindən maliyyələşdirilmiş iki günlük maliyyə təlimi sayəsində Türkan maliyyə kreditləri haqqında öyrənmiş və gəlirinin idarə edilməsi və gələcək üçün saxlanılması üzrə praktiki məsləhətlər almışdır.
Bu gün özünə əmin olan 22 yaşlı bu gənc qadın tamamilə müstəqildir və onun biznesi bu səbəbdən böyüməkdədir. O kredit götürməzdən əvvəl dəqiq hesablamalar aparılmasını və proqnozların verilməsini çox yaxşı dərk edirdi. O, hətta indi öz bacısı və üç köməkçisi ilə çalışdığı özünə məxsus gözəllik salonunu açmaq üçün pula da qənaət edə bilmişdir.