You are using an outdated browser. Please upgrade your browser to improve your experience.
Yuxarı

Bu gün Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (CŞAF) hədəf rayonlarda sözügedən fondun iqtisadi əsası hesab edilən mikro və kiçik müəssisələrin (MKM-lər) inkişafını təşviq edən sahibkarların dəstəklənməsi istiqamətində əldə etdiyi nailiyyətləri nümayiş etdirən Təsir hesabatını dərc edib.

CŞAF-ın məqsədi Cənub-Şərqi Avropa və Avropanın Şərq Qonşuluğu regionunda EU4Business təşəbbüsü çərçivəsində Avropa İttifaqından əldə etdiyi maliyyə vəsaiti hesabına əsasən MKM-lər və fərdi ev təsərrüfatlarının ixtisaslı yerli maliyyə qurumları vasitəsilə əlavə inkişaf maliyyələşdirilməsinin davamlı təmini yolu ilə iqtisadi inkişaf və rifaha şərait yaratmaqdır.

Fondun "Çatışmazlıqların aradan qaldırılması" adlı son hesabatında mövcud MKM-lərin inkişafı üçün möhkəm və sağlam maliyyə mühitinin təşviq olunması ilə yanaşı, perspektivli sahibkarların parlaq ideyalarının uğurlu biznesə çevrilməsi üçün onların lazımi resurslar və dəstəyə qovuşdurulmasında fondun oynadığı mühüm rol təsvir edilir. Startaplar və investorlar, yerli bazarlar və beynəlxalq maliyyə qurumları, yenilikçi sahibkarlar və təcrübəli mentorlar arasında, o cümlədən yeni nəsil sənaye novatorlarını formalaşdıracaq sahibkarların özləri arasında əlaqələr qurulmuşdur. 

Adı çəkilən hesabatı internet səhifəsində interaktiv hesabat şəklində oxumaq və ya tam PDF formasında endirmək olar.

Ən son Faydalı materiallar
25.05.2022
Read the Promoting Enterprise Digitalisation in Azerbaijan.
28.12.2021
Bu nəşrdə ölkənin qida təhlükəsizliyi və heyvan və bitkilərin sağlamlığı sahələrini əhatə edən keyfiyyətin idarəedilməsi infrastrukturu nəzərdən keçirilir. Sənəddə Azərbaycanda keyfiyyətlə bağlı xidmətlər göstərən təchizatçıların əlaqə məlumatları da verilir.
10.03.2021
Bu hesabat hər il baş tutan “Aİ-Azərbaycan Biznes Forumu” çərçivəsində hazırlanıb. Forum Aİ ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın təşviqinə yönəlib.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm