You are using an outdated browser. Please upgrade your browser to improve your experience.
Yuxarı

2017-ci il iyunun 21-də Kiyevdə baş tutan East Invest 2 layihəsi üzrə yekun konfransda qəbul olunan bu regional mövqeyə dair sənəd, altı ŞT ölkəsində fəaliyyət göstərən təxminən 200 biznes assosiasiyasının iştirakı ilə tərtib edilmişdir. Altı Şərqi Tərəfdaş ölkəsinin hökumətlərinə, Aİ və donor cəmiyyətinə ünvanlanan regional mövqeyə dair sənəddə "inkişaf və mümkün olan ən yaxşı biznes mühiti üçün şəraitin yaxşılaşdırılması" baxımından siyasət üzrə bir sıra tövsiyələr verilir. Bu sənəd 2017-ci ilin oktyabr ayında Tallində baş tutan 4-cü ŞT Biznes Forumuna töhfə kimi təqdim ediləcək.

Siyasi qərarlar qəbul edənləri dövlət və özəl sektor arasında sistematik dialoq həyata keçirməyə və islahatların hazırlanması və həyata keçirilməsində KOM-lardan ən mühüm element kimi istifadə etməyə çağıran regional mövqeyə dair sənəddə regiondakı səciyyəvi problemləri həll etməyə dair bir sıra mühüm tövsiyələr verilir və bunlar daxildir:
 
 • KOM-larla bağlı inzibati prosedurların sadələşdirilməsi və ədalətli rəqabət qanunları vasitəsilə onlar üçün bərabər şəraitin yaradılması
• Kredit və maliyyələşmə ilə bağlı mürəkkəb müraciət prosedurları ilə məşğul ola bilmək üçün KOM-lar arasında maliyyə savadlılığının artırılması
• ŞT ölkələrində KOM-ların bir-biri ilə əlaqə qurması və məlumatları asanlıqla əldə etməsi üçün onlayn platformanın tətbiq edilməsi
• Ölkələrin hər birində innovasiya orqanlarının yaradılması
• Təhsil islahatları vasitəsilə bu ölkələrdə ixtisaslı şəxslərin çatışmazlığını aradan qaldırmaq və işgüzar dairələrin dərs planlarının tərtib edilməsi işinə cəlb olunması
• KOM-lar üçün vergi və gömrük sistemlərinin sadələşdirilməsi və stabilləşdirilməsi, dövlət və daha böyük müəssisələrlə müqayisədə onlara qarşı bərabər münasibətin göstərilməsi
• Standartlaşdırma və sertifikatlaşdırma xidmətlərindən daha yaxşı istifadə imkanı təmin etməklə, KOM-lara ticarətlə bağlı texniki maneələri aşmağa köməklik göstərilməsi.  
Ən son Faydalı materiallar
25.05.2022
Read the Promoting Enterprise Digitalisation in Azerbaijan.
28.12.2021
Bu nəşrdə ölkənin qida təhlükəsizliyi və heyvan və bitkilərin sağlamlığı sahələrini əhatə edən keyfiyyətin idarəedilməsi infrastrukturu nəzərdən keçirilir. Sənəddə Azərbaycanda keyfiyyətlə bağlı xidmətlər göstərən təchizatçıların əlaqə məlumatları da verilir.
10.03.2021
Bu hesabat hər il baş tutan “Aİ-Azərbaycan Biznes Forumu” çərçivəsində hazırlanıb. Forum Aİ ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın təşviqinə yönəlib.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm