"Müxtəlif maraqlı tərəfləri bir araya gətirmək, baş verənlərə dair ümumi təsəvvürə malik olmaq və hər kəsin qarşılaşdığı çətinliklər və EU4Business təşəbbüsünün hansı yolla önə doğru irəliləməsi haqqında düşünmək çox yaxşı fürsətdir".
2018-ci ilin yazında altı Şərq Tərəfdaşlığı ölkəsinin hər birində ölkə üzrə dəyirmi masalar keçirilib. Bu tədbirlərdə EU4Business təşəbbüsünün aparıcı maraqlı tərəfləri, yəni, Aİ nümayəndəlikləri, beynəlxalq maliyyə qurumları, KOM-lar üzrə dövlət orqanları, İqtisadiyyat Nazirlikləri, özəl banklar, biznes assosiasiyaları, əsas icraçılar və digər əlaqədar tərəflər iştirak edib. EU4Business İllik Hesabat-a daxil edilən son mülahizələrdə EU4Business-in bütün əsas prinsipləri və təşəbbüslərinin ətraflı şəkildə nəzərdən keçirilməsi nəticəsində formalaşmış gələcək fəaliyyətə dair əvəzolunmaz planlar mövcuddur.
EU4Business təşəbbüsünün 2018-ci ildə keçirilən dəyirmi masaları: yekunlaşdırma və irəliyə baxış
20.06.2018