Azərbaycanda KOM-lar üzrə biznes mühitinin qiymətləndirilməsi

Azərbaycan
Azərbaycanda KOM-lar üzrə biznes mühitinin qiymətləndirilməsi

2019-cu il mayın 16-da Bakıda İƏİT tərəfindən Avropa üçün Kiçik Bizneslərə Dəstək Aktı (KBA) ilə bağlı məsələlərə dair dövlət və özəl sektor nümayəndələrinin görüşü keçirilmişdir.

 Dövlət və özəl sektor nümayəndələrinin iştirak etdiyi görüşdə İƏİT Azərbaycan üzrə KBA Qiymətləndirməsinin ilkin nəticələrini təqdim edərək əsas məlumat boşluqlarını müzakirəyə çıxarmışdır. Tədbir həmçinin siyasət ilə bağlı ilkin tövsiyələri müzakirə etmək və aidiyyatı nazirliklərin və dövlət qurumlarının nümayəndələrinin, o cümlədən özəl sektorun, təhsil müəssisələrinin və digər beynəlxalq təşkilatların nümayəndələrinin Azərbaycanda KOM-ların inkişafı ilə bağlı gələcək prioritetlərə münasibət bildirməsi və fikir mübadiləsi aparması üçün bir platforma rolunu oynayıb.

Tədbiri giriş sözü ilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Siyasəti bölməsinin sədr müavini Anar Hacızadə, Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin təmsilçisi Ülviyyə Abdullayeva və İƏİT-nin Avrasiya bölməsinin nümayəndəsi Daniel Kuadbek açıb.

Görüşün birinci hissəsində iştirakçılara əsas məlumat mənbələri haqqında məlumat və təməl metodologiyanın qısa izahı daxil olmaqla, KBA qiymətləndirməsi prosesi və quruluşu haqqında məlumat verilib. İqtisadiyyat Nazirliyinin nümayəndələri çıxışlarında 2016-2020-ci illərdə KOM-lar üzrə Yol Xəritəsi çərçivəsində həyata keçirilən islahatlara toxunublar.

Görüşün ikinci hissəsində isə İƏİT, AYİB və ATF-dən olan mütəxəssislər əsas tematik istiqamətlər üzrə KBA Qiymətləndirməsinin ilkin nəticələrini bölüşmək və müzakirə etmək imkanı qazanıblar. Siyasət ilə bağlı ilkin tövsiyələrin müzakirə edildiyi görüşdə özəl sektoru təmsil edən iştirakçılar həyata keçirilmiş siyasətlər və ölkədə KOM-ların inkişafı ilə bağlı gələcək prioritetlərə münasibət bildirərək fikir mübadiləsi aparıblar. Görüşün sonunda İƏİT siyasət ilə bağlı ilkin tövsiyələrin xülasəsini və KBA Qiymətləndirməsinin üçüncü dövrü üzrə təxirəsalınmaz növbəti mərhələləri təqdim edib. İƏİT-nin nümayəndəsi Daniel Kuadbek İqtisadiyyat Nazirliyinə məlumatların əlaqələndirilmiş şəkildə toplanmasını və bütün müvafiq məlumatların İƏİT ilə paylaşılmasını tövsiyə edib.

Görüşdə hökumət, özəl sektor və beynəlxalq təşkilatların 40-dan artıq nümayəndəsi iştirak edib.

KBA Qiymətləndirməsi və 2020-ci il üzrə KOM Siyasətinin İndeksinin nəticələri 2020-ci ilin əvvəlində nəşr ediləcək.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm