Azərbaycan: yeni yaradılan KOM-ların inkişafı agentliyi və KOM-lara dair siyasətin qiymətləndirilməsi diqqət mərkəzində

Azərbaycan
Azərbaycan: yeni yaradılan KOM-ların inkişafı agentliyi və KOM-lara dair siyasətin qiymətləndirilməsi diqqət mərkəzində

İyunun 6-da Bakıda "Azərbaycanın KOM-lar üzrə Yol Xəritəsinin icrası və monitorinqinə dəstək" layihəsi üzrə işçi qrupunun və KBA İctimai Fərdi Dialoq işçi qrupunun birgə görüşü keçirilib. Görüşdə Azərbaycanda yeni yaradılan Kiçik və Orta Müəssisələrin İnkişafı Agentliyi və onun KOM-ların inkişafındakı rolu, eləcə də Avropa üçün Kiçik Bizneslərə Dəstək Aktının (KBA) Qiymətləndirilməsinin üçüncü dövrünün başlanması müzakirə edilib.

Sözügedən görüşü İƏİT, Aİ tərəfindən maliyyələşdirilən "EU4Business: Siyasətdən Fəaliyyətə" adlı layihə çərçivəsində təşkil edib.

KOM-ların inkişafı agentliyi və onun KOM-ların inkişafındakı rolu

Tədbirdə adı çəkilən " Azərbaycanın KOM-lar üzrə Yol Xəritəsinin icrası və monitorinqinə dəstək" layihəsi üzrə işçi qrupunun üzvləri Azərbaycanda sahibkarlığın inkişafında yenicə yaradılmış KOM-ların inkişafı agentliyinin rolu və vəzifələrini müzakirə etmək imkanı əldə ediblər.

Agentliyin rəsmisi Nadir Adilov qurumun əsas vəzifələrindən danışaraq qeyd edib ki, agentliyin əsas məqsədi sahibkarlara qeyri-maddi və maddi yardım göstərməklə onlara dəstək verməkdir. O, agentliyin regional ofisləri vasitəsilə sahibkarlara dəstək veriləcəyini və startaplara və qadın sahibkarlara yardım etmək məqsədilə hədəfli proqramların həyata keçiriləcəyini bildirib.

Tədbirdə çıxış edən "Enterprise Georgia" adlı Gürcüstan dövlət agentliyinin mütəxəssisi Giorgi Darçia mərkəzləşdirilmiş dövlət orqanının sahibkarlığın gücləndirilməsində oynadığı roldan danışıb. O, həmçinin "Enterprise Georgia" agentliyinin sahibkarlığa dəstək verilməsində, ixracın təşviq olunmasında və sərmayələrin cəlb olunmasındakı geniş səlahiyyətindən söz açıb.

İƏİT-i təmsil edən rəsmilər KOM-lar üçün dəstək fəaliyyətlərinin ümumi əlaqələndirilməsi və mövcud və gələcək sahibkarlara yüksək keyfiyyətli xidmətlərin göstərilməsi daxil olmaqla, yeni yaradılan qurumun diqqət mərkəzində saxlamalı olduğu bütün sahələri təqdim ediblər.

KBA-nın Qiymətləndirilməsi

Görüşün digər məqsədi KBA-nın Qiymətləndirilməsinin üçüncü dövrünə başlanması olub. Avropa üçün Kiçik Bizneslərə Dəstək Aktı Aİ-nin KOM-lara dair siyasəti üçün hərtərəfli baza rolunu oynayır və məqsədi sahibkarlığa yanaşmanı təkmilləşdirmək, KOM-lara dair qanunvericilik və siyasət mühitini sadələşdirmək və onların inkişafına maneə törədən amilləri aradan qaldırmaqdır.

Öz növbəsində Azərbaycanın İqtisadiyyat Nazirliyi KOM-ların inkişafı məqsədilə KOM-lara dair Yol Xəritəsində müəyyənləşdirilən yeni siyasətlər və proqramlar haqqında məlumat verib. KOM-ların inkişafı agentliyi ilə yanaşı, Azərbaycan hökuməti həm də uğurla kredit zəmanət fondu və daşınar əmlakın qeydiyyatı sistemini təsis etmişdir. Hal-hazırda KOM-ların fəaliyyət mühitini daha da sadələşdirmək məqsədi güdən qanunvericilik və KOM-lar haqqında qanun üzərində son tamamlanma işləri gedir.

İƏİT rəsmiləri biznesin bütövlüyü, rəqabət mühitinin yaxşılaşdırılması və müqavilələrin məcburi icrasının təmin olunmasına xüsusi diqqət yetirməklə müəssisələr üçün ümumi biznes mühitini qiymətləndirmək məqsədilə qiymətləndirilmənin əhatə dairəsini genişləndirməyə yönəlmiş KBA qiymətləndirilməsinin üçüncü dövrünü əhatə edən qiymətləndirmə modeli və plan cədvəli təqdim edib.

Bununla yanaşı, özəl sektora aid hədəf qruplarının cəlb olunması və özəl sektorun işçi qrupunun görüşlərinə töhfə verməsinə şərait yaradaraq siyasətlərlə əlaqədar maneələr və onların səmərəliliyi baxımından, özəl sektorun perspektivləri əhəmiyyətli dərəcədə nəzərə alınacaq.

İşçi Qrupunda İqtisadiyyat Nazirliyi, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, biznes assosiasiyaları, Bakı Biznes Tədris Mərkəzi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsindən 35 nümayəndə və özəl və dövlət sektorunun digər nümayəndələri təmsil olunur. 

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm