Sərmayə, ixtisaslaşma və böyümə: EU4Business sahibkarları necə dəstəkləyir

Ermənistan Azərbaycan Gürcüstan Moldova Ukrayna

Azərbaycanda, Ermənistanda, Gürcüstanda, Moldovada və ya Ukraynada kiçik və ya orta sahibkarlıq müəssisəniz var? Sərmayə yatırmaq, böyümək, innovasiyalar tətbiq etmək və yeni bazarlara çıxış imkanı əldə etmək istəyirsiniz?

Məhz bunun üçün Avropa İttifaqının EU4Business təşəbbüsü bir sıra interaktiv bələdçilər hazırlayıb. Bu bələdçilər kiçik və orta sahibkarlıq subyektlərinə Aİ-nin dəstəyi vasitəsilə təqdim olunan maliyyə vəsaitləri, qrantlar və biznesin inkişafı xidmətlərindən yararlanma yolları barədə məlumat verir.

Hər bir ölkəyə uyğunlaşdırılmış və ingilis dili ilə yanaşı, yerli dillərdə də əlçatan olan bu bələdçilər biznes ehtiyaclarınıza əsasən düzgün təşkilatı tapmağınıza kömək edəcək və mövcud dəstəkdən yararlanmağın yollarını izah edəcək.

Hər bir bələdçi konkret imkanlar haqqında ətraflı məlumat əldə edə biləcəyiniz üç əsas bölmədən ibarətdir:

  • Maliyyələşdirmə axtarıram — Aİ-nin dəstəklədiyi kredit proqramlarına qoşulan yerli banklar və müraciət prosedurları barədə məlumat verir.
  • Qrantlar axtarıram — kiçik və orta biznes subyektləri üçün qrantların təqdim olunduğu qurumları və fəaliyyət sektorlarını göstərir.
  • Biznesimi böyütmək istəyirəm — təlim, ekspert məsləhəti və startap dəstəyi üçün mövcud imkanları təfərrüatlı şəkildə izah edir.

EU4Business təşəbbüsünün bələdçilərində hər bir imkan üçün keçidlər və əlaqə vasitələri, həmçinin müraciət qaydaları üzrə məsləhətlər təqdim olunur.

EU4Business Avropa İttifaqının Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadakı kiçik və orta ölçülü sahibkarlıq müəssisələrinə göstərdiyi bütün dəstəyi əhatə edən çətir təşəbbüsüdür.

Daha çox öyrənin

Bu ölkələrdə biznesinizi necə böyüdə bilərsiniz:

Azərbaycan

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm