Azərbaycan: 2020-ci il üzrə yol xəritəsi kənd təsərrüfatının davamlı inkişafı üçün yeni iş yerləri və KOM-ları əhatə edir

Azərbaycan
Azərbaycan: 2020-ci il üzrə yol xəritəsi kənd təsərrüfatının davamlı inkişafı üçün yeni iş yerləri və KOM-ları əhatə edir

Azərbaycan hökuməti kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair doqquz strateji hədəf təyin etmişdir. Sektor üzrə 2016-2020-ci illəri əhatə edən strateji yol xəritəsi dayanıqlı inkişaf prinsiplərinə əsaslanaraq rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektoru üçün əlverişli mühitin yaradılması məqsədini güdür.

2020-ci ilə qədər təyin edilən hədəflərlə yanaşı, sözügedən yol xəritəsi kənd təsərrüfatı sahəsində 20 min yeni iş yerinin açılması, hər bir regionda münasib məhsulların dəyər zənciri üzrə 25 KOM-un yaradılması, ən azı 100 investisiya layihəsinin hazırlanması, paytaxt və əsas şəhərlərdə 5 "yaşıl bazarın" və 50 "fermer mağazasının" yaradılması və 200 fermerin kənd təsərrüfatı məhsullarının ixracında ixtisaslaşmasını nəzərdə tutur.

Adı çəkilən doqquz strateji hədəf bunlardır:

  1. Qida təhlükəsizliyinin davamlılığının gücləndirilməsi
  2. Dəyər zənciri boyunca kənd təsərrüfatı məhsullarının istehsal həcminin artırılması
  3. Maliyyəyə çıxışın asanlaşdırılması
  4. Kənd təsərrüfatı məhsullarının istehsalı hesabına bazarın inkişafı
  5. Kənd təsərrüfatı sahəsində elmi təminatın və təhsilin keyfiyyətinin artırılması
  6. Bazar infrastrukturunun inkişafına və istehsalçıların bazardan istifadəsinə şəraitin yaradılması
  7. Təbii resurslardan davamlı istifadəyə dair mexanizmlərin formalaşdırılması
  8. Kənd təsərrüfatı sahəsində biznes mühitinin yaxşılaşdırılması
  9. Ucqar ərazilərdə məşğulluğun və rifahın artırılması

Neft sektorunun iqtisadi inkişafa göstərdiyi təsirin xüsusilə güclü olduğu 2000-2010-cu illər ərzində kənd təsərrüfatı məhsullarının ÜDM-də istehsal payı 16,1%-dən 5,5%-ə qədər azalmışdır. 2010-2015-ci illər ərzində kənd təsərrüfatı məhsularının ÜDM-də istehsal payı bir qədər artaraq 6,2%-ə çatmışdır.

EU4Business təşəbbüsü Azərbaycana əsasən KOM-lara dəstək verməklə neft sektoru xaricində iqtisadiyyatını diversifikasiya etməyə yardım göstərir. EU4Business maliyyə və bazarlara çıxışı yaxşılaşdırmaq, qadın sahibkarları cəsarətləndirmək və biznes bacarıqları yaratmaq vasitəsilə Azərbaycanın kiçik və orta ölçülü müəssisə sektorunu inkişaf etdirmək məqsədilə hökumət, birliklər və KOM-lar ilə çalışır. Həmçinin, Aİ, hökuməti uzunmüddətli sosial-iqtisadi inkişaf istiqamətində KOM-lar ilə bağlı müvafiq siyasət hazırlanmasında və bununla da ölkənin KOM-lar ilə əlaqədar potensialının üzə çıxarılmasında dəstəkləyir.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm