Azərbaycanın KOM-lar üzrə Yol Xəritəsi: KOM-ların alternativ maliyyə mənbələrindən istifadəsinin təkmilləşdirilməsi və qlobal dəyər zəncirlərində onların iştirakının artırılması

Azərbaycan
Azərbaycanın KOM-lar üzrə Yol Xəritəsi: KOM-ların alternativ maliyyə mənbələrindən istifadəsinin təkmilləşdirilməsi və qlobal dəyər zəncirlərində onların iştirakının artırılması

Sentyabrın 26-da İƏİT "Azərbaycanın KOM-lar üzrə Yol Xəritəsinin icrası və monitorinqinə dəstək" layihəsinin İctimai Fərdi İşçi Qrupunun sayca üçüncü görüşünü keçirib.

 Sözügedən layihə EU4Business təşəbbüsü çərçivəsində Aİ tərəfindən maliyyələşdirilən və İƏİT tərəfindən bütöv Şərq Tərəfdaşlığı regionunda icra edilən ‘EU4Business: Siyasətdən Fəaliyyətə’ adlı geniş proqramın bir hissəsidir. 

İşçi Qrupunun görüşündə iştirakçılar kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, xüsusilə də KOM-ların alternativ maliyyə mənbələrindən istifadəsi və yerli KOM-ların qlobal dəyər zəncirlərində iştirakı ilə əlaqədar sahələrdə Strateji Yol Xəritəsinin icrasını müzakirə ediblər.

Görüşü Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas və İƏİT-nin Avrasiya bölməsinin rəhbəri Uilyam Tompson giriş sözləri ilə açıblar.

Adı çəkilən tədbirin səhər sessiyasında İƏİT-in mütəxəssisləri layihənin ilkin nəticələrini və öz tövsiyələrini təqdim edərək KOM-lara dair yol xəritəsinin icrasındakı irəliləyişin daha yaxşı göstərilməsi baxımından iştirakçılara şərh etmək və təkliflərini irəli sürmək üçün imkan yaradıblar.

Günorta sessiyasında isə əsasən KOM-ların alternativ maliyyə mənbələrindən istifadəsi və KOM-ların beynəlmilləşməsinin stimullaşdırılması üçün təchizatçı əlaqələrinin qurulmasına yönəlmiş islahatlar diqqət mərkəzində olub.

Tədbirdə çıxış edən İtalyan mütəxəssis KOM-ların inkişafında alternativ maliyyələşmənin roluna toxunub və beynəlxalq və qabaqcıl təcrübəyə əsaslanaraq hansı maliyyə alətlərinin Azərbaycan KOM-larının inkişafına xidmət edə biləcəyini və hökumətin onların həmin maliyyə alətlərindən istifadəsini necə stimullaşdıra biləcəyini vurğulayıb.

Öz növbəsində CzechInvest-in (İnvestisiya və Biznesin İnkişafı Agentliyi) nümayəndəsi Çex KOM-ları və xarici investorlar arasında əlaqələrin təşviq olunmasına dair adı çəkilən agentliyin təcrübəsini bölüşüb. Misal olaraq o, Çex avtomobil sənayesində təchizatçı əlaqələrinin qurulması məqsədini daşıyan proqramı təqdim edib.

Azərbaycanın İqtisadiyyat Nazirliyi, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, KOM-ların inkişafı agentliyi, Bakı Biznes Tədris Mərkəzi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Statistika Komitəsindən 40 nümayəndə və özəl və dövlət sektorunu təmsil edən digər nümayəndələr İşçi Qrupunun görüşündə iştirak ediblər.

EU4Business: Siyasətdən Fəaliyyətə, İƏİT tərəfindən icra olunan regional layihədir və həm ölkə, həm də regional səviyyədə fəaliyyət göstərərək Şərq Tərəfdaşlığı ölkələrində rəqabətliliyə və biznes mühitinin yaxşılaşdırılmasına yönəlmiş islahatlara dəstək verir. 

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm