KOM-lar üçün işgüzar mühitin yaxşılaşdırılması məqsədilə biznes assosiasiyaları tərəfindən əsas tövsiyələr tərtib edilmişdir

Ermənistan Azərbaycan Gürcüstan Moldova Ukrayna
KOM-lar üçün işgüzar mühitin yaxşılaşdırılması məqsədilə biznes assosiasiyaları tərəfindən əsas tövsiyələr tərtib edilmişdir

KOM-lar üçün işgüzar mühiti yaxşılaşdırmaq məqsədilə bu ilin oktyabrında Tallində keçiriləcək Şərq Tərəfdaşlığı Biznes Forumuna East Invest 2 layihəsi tərəfindən töhfə olacaq regional mövqeyə dair sənəddə bir sıra geniş əhatəli tövsiyələr yer almışdır.

İyunun 21-də Kiyevdə baş tutan East Invest 2 layihəsi üzrə yekun konfransda təqdim olunan regional mövqeyə dair sənəd, altı ŞT ölkələrində fəaliyyət göstərən təxminən 200 biznes assosiasiyalarının iştirakı ilə tərtib edilmişdir.

 

Əsas tövsiyələr

Bütün istiqamətlər üzrə rəqəmsal həllərin tətbiq edilməsinə çağırışla yanaşı, sənədin əsas tövsiyələrinə daxildir:

  • KOM-larla bağlı inzibati prosedurların sadələşdirilməsi və ədalətli rəqabət qanunları vasitəsilə onlar üçün bərabər şəraitin yaradılması
  • Kredit və maliyyələşmə ilə bağlı mürəkkəb müraciət prosedurları ilə məşğul ola bilmək üçün KOM-lar arasında maliyyə savadlılığının artırılması
  • ŞT ölkələrində KOM-ların bir-biri ilə əlaqə qurması və məlumatları asanlıqla əldə etməsi üçün onlayn platformanın tətbiq edilməsi
  • Ölkələrin hər birində innovasiya orqanlarının yaradılması
  • Təhsil islahatları vasitəsilə bu ölkələrdə ixtisaslı şəxslərin çatışmazlığını aradan qaldırmaq və işgüzar dairələrin dərs planlarının tərtib edilməsi işinə cəlb olunması
  • KOM-lar üçün vergi və gömrük sistemlərinin sadələşdirilməsi və stabilləşdirilməsi, dövlət və daha böyük müəssisələrlə müqayisədə onlara qarşı bərabər münasibətin göstərilməsi
  • Standartlaşdırma və sertifikatlaşdırma xidmətlərinə daha yaxşı girişlə təmin etməklə, services KOM-lara ticarətlə bağlı texniki maneələri aşmağa köməklik göstərilməsi.

Dövlət və özəl sektor arasında sistematik dialoq

Biznesə dəstək və özəl sektora aid təşkilatlar həmçinin siyasi qərarlar qəbul edənləri, dövlət və özəl sektor arasında sistematik dialoq həyata keçirməyə və islahatların hazırlanması və həyata keçirilməsində KOM-lardan ən mühüm element kimi istifadə etməyə çağırıblar. 

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm