Azərbaycan və Slovakiyanın biznesə dəstək təşkilatları EU4Business çərçivəsində PTT üzrə əməkdaşlıq edir

Azərbaycan
Azərbaycan və Slovakiyanın biznesə dəstək təşkilatları EU4Business çərçivəsində PTT üzrə əməkdaşlıq edir

Slovakiya Ticarət və Sənaye Palatası (Trenčín bölməsi) Azərbaycanın biznes assosiasiyasına ölkədə uğurlu peşə təhsili və təlimi (PTT) sisteminin yaranmasına necə töhfə verə biləcəyini daha yaxşı anlamağa kömək edir.

Azərbaycanın İqtisadi və Sosial Təşəbbüslərdə Tərəfdaşlıq assosiasiyasının (PESI) sədri, o cümlədən bazar iqtisadiyyatı və sosial təminat üzrə müstəqil ekspert Fərid Məlikov EU4Business East Invest 2 layihəsi tərəfindən yaradılan BDT Mübadilə proqramı çərçivəsində Slovakiyada təşkil olunan beş günlük təlimlərdə iştirak etmişdir.

İxtisaslıların çatışmazlığının aradan qaldırılması

Təlim çərçivəsində adı çəkilən Slovak palatasının Trenčín şəhər bölməsi ona əmək bazarının gələcək proqnozu, məzunların işə götürülmə dərəcəsinin ölçülməsi və onlara iş tapmaqda kömək, sonrakı fəaliyyətlərinin müntəzəm nəzarəti və ixtisaslı mütəxəssislərin çatışmazlığının necə aradan qaldırılmasını nümayiş etdirib.

Cənab Məlikov həmin BDT Mübadiləsi təlimi ərzində əldə etdiyi təcrübənin köməyilə Azərbaycanda PTT üzrə qanunvericiliyin formalaşdırılmasında PESI-nin rolunu artırmaq niyyətindədir.

Azərbaycan bazar iqtisadiyyatının çətinlikləri ilə üzləşərək hazırda ölkənin PTT sisteminin yenidən qurulması prosesindən keçir. Əmək bazarının ehtiyaclarını ödəmək məqsədilə ölkədə həyata keçirilən Peşə Təhsilinin İnkişafı üzrə Dövlət Proqramı PTT-lərin potensialını yaxşılaşdırmaq və PTT üzrə qanunvericiliyin formalaşdırılmasına daha çox maraqlı tərəflər cəlb etmək məqsədi güdür.

BDT Mübadiləsi təcrübə kurslarının məqsədləri bunlardır:

  • ŞT ölkələrindəki KOM assosiasiyaları və əlaqədar BDT-lərə səlahiyyət vermək və əlverişli biznes mühitin təşviq olunmasında onların payını artırmaq
  • KOM üzvlərinə daha yaxşı ixtisaslaşmış xidmətlərin təmin olunmasında artan və dayanıqlı payını təmin etmək
  • Həm Aİ, həm ŞT ölkələrində KOM-lar və biznes assosiasiyalar arasında uzunmüddətli tərəfdaşlıq və ticarətə imkan yaratmaq.
Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm