Bizneslərin gücləndirilməsi, rəqəmsal iqtisadiyyatların inkişafı, eləcə də Avropa İttifaqı və onun Şərq tərəfdaş ölkələrinin sahibkarları arasında əlaqələrin qurulması 26-27 oktyabr 2017-ci il tarixində Estoniyada keçiriləcək 4-cü Şərq Tərəfdaşlığı Biznes Forumunun əsas müzakirə mövzuları olacaq.
Bu tədbir Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Aİ-nin üzv dövlətlərindən 450-dən çox biznes rəhbəri, siyasətçi və dövlət rəsmisini bir araya gətirəcək. Bu, 24 noyabr 2017-ci il tarixində Brüsseldə keçiriləcək 5-ci Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq çərçivəsində keçirilən əsas tədbirlərdən biridir.
Aİ Azərbaycanda yerli şirkətlərə 1) maliyyələşmə, 2) təlim və 3) EU4Business təşəbbüsü vasitəsi ilə yeni bazarlara ixrac dəstəyini təmin edir. 2009-cu ildən bəri 14,000 Azərbaycan şirkətinə 444 milyon manat (222 milyon avro) maliyyə vəsaiti ayrılıb.
Azərbaycan biznesləri üçün Aİ-nin hansı növ dəstəyi mövcuddur?
1. Daha çox maliyyə resurslarına çıxış:
- Biznesin qurulması və ya inkişafı üçün mikro kreditlər
2. Daha güclü biznes bacarıqları:
- Şirkətlərə xüsusi məsləhət xidmətləri və texniki dəstək – insan resursları, informasiya texnologiyaları, idarəetmə strukturları, biznes modellər və s.
- Sahibkarlar üçün əsas sahələrdə bacarıqların inkişaf etdirilməsi proqramları
- Qadın sahibkarlar üçün xüsusi təlim və mentorluq
3. Yeni bazarlara daha yaxşı çıxış:
- İxrac yönümlü şirkətlər üçün biznes məsləhəti və təlim
İndiyə kimi kimlər faydalanıb?
- Ev baxımı məhsulları şirkəti “Esse” işə götürmə və satış üzrə yeni sistemi tətbiq etmək üçün Aİ-dən maliyyə dəstəyi alıb. Nəticədə, şirkət satışı 18 %, müştərilərinin sayını isə 25 % artırıb. Əlavə məlumat üçün
- Quşçuluq şirkəti olan “Nabran-Quşçuluq” biznesini inkişaf etdirmək üçün Aİ-dən kredit alıb. Şirkət üç yeni istehsal sexi inşa edib. Nəticədə onun dövriyyəsi 10 %, işçilərinin sayı isə 25 % artıb. Əlavə məlumat üçün
- Mis istehsalçısı olan “BMİ” şirkəti yeni avadanlıq almaq üçün Aİ-dən kredit alıb. Nəticədə, mis istehsalı iki dəfə artaraq, dövriyyənin 30 % artmasına səbəb olub. Əlavə məlumat üçün
Əlavə məlumat əldə etmək istəyirsiniz?
EU4Business saytına daxil olun: www.eu4business.eu/az
EU4Business-in Azərbaycanda telefon xətti artıq açıqdır: +994502351551
Azərbaycanda EU4Business proqramları Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Almaniyanın dövlət inkişaf bankı - KfW, Beynəlxalq Ticarət Mərkəzi, EUROCHAMBRES, Avropa sənətkarlar, kiçik və orta sahibkarlar assosiasiyası, İqtisadi İnkişaf və Əməkdaşılıq Təşkilatı və Dünya Bankı tərəfindən icra olunur.