İqtisadi artımın pionerləri olacaq Şərq Tərəfdaşlığı şəhərləri

Ermənistan Azərbaycan Gürcüstan Moldova Ukrayna
İqtisadi artımın pionerləri olacaq Şərq Tərəfdaşlığı şəhərləri

Şərq Tərəfdaşlığının (EaP) altı ölkəsinin yerli orqanları öz şəhərlərinin iqtisadi inkişafda və iş yerlərinin yaradılmasında regionun aparıcı şəhərinə çevrilməsinə köməklik etmək üçün maliyyə dəstəyi almağa təşviq edilir.

"İqtisadi artımın bələdiyyə rəisləri tərəfindən pioner layihələri" adı altında Təkliflər Müsabiqəsi bu təşəbbüsə və "İqtisadi artımın bələdiyyə rəisləri" konsepsiyasına uyğun olan yerli iqtisadi inkişaf planına malik şəhərlər üçün nəzərdə tutulmuşdur.

Seçilmiş şəhərlər, onların planlarına daxil edilmiş konkret tədbirlərin yerində necə icra edilə biləcəyini göstərən pilot layihələrin həyata keçirilməsi ilə "İqtisadi artımın bələdiyyə rəisləri" layihəsinin pionerləri olacaq. Bu tədbirlər xüsusilə də sahibkarlığın inkişafının stimullaşdırılmasına, işgüzar mühitin yaxşılaşdırılmasına və/yaxud maliyyə resurslarından yerli şərtlərdə istifadə edilə bilməsinə yönəldilməlidir.

Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada qrant layihələri üçün ümumilikdə 9,5 milyon Avro məbləğində vəsait təqdim olunur.

Kiçik və orta sahibkarlar və biznes assosiasiyaları kimi qeyri-hökumət sektorunun nümayəndələrindən ibarət konsorsiumlar tərəfindən, habelə Avropa İttifaqı/Avropa İqtisadi Zonası və ya başa Şərq Tərəfdaşlığı, yaxud ITA ölkələrində tərəf-müqabilləri ilə əməkdaşlıq yaratmış yerli orqanlar tərəfindən müraciətlər qəbul edilir. Qadınların və gənclərin məşğulluğuna və ya sahibkarlığa birbaşa yönəldilmiş tədbirlər xüsusilə alqışlanır.

Müraciət et

Namizəd layihələr üçün konseptual qeydlər 2017-ci il may ayının sonuna qədər və tam təkliflər 2017-ci il avqust ayının sonuna qədər təqdim edilməlidir.

Müsabiqə haqqında ətraflı öyrənin.

Maliyyə vəsaitləri üçün müraciət et

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm