Şərq Tərəfdaşlığı sammiti: real mənfəətlər üçün gələcək əməkdaşlıq

Ermənistan Azərbaycan Gürcüstan Moldova Ukrayna
Şərq Tərəfdaşlığı sammiti: real mənfəətlər üçün gələcək əməkdaşlıq

Cümə günü, noyabrın 24-də Brüsseldə 5-ci Şərq Tərəfdaşlığı (ŞT) sammiti baş tutacaq və Aİ-yə üzv ölkələrin, həmçinin altı Şərqi Tərəfdaşlığı ölkələrinin dövlət və hökümət başçılarını bir araya gətirəcək. Sammitdə iqtisadi inkişaf və daha əlverişli bazar imkanları kimi prioritet sahələrin müzakirə olunması gözlənilir.

Ölkə liderləri 2015-ci ildə Riqada keçirilən son sammitdən sonra əldə olunan nəticələri qiymətləndirməklə, o cümlədən altı Şərq Tərəfdaşlığı ölkələrinin vətəndaşları üçün gözəçarpan mənfəətlərdə diqqəti cəmləməklə gələcəkdə əməkdaşlıq etmək niyyətlərini bildirəcək.

Sammitdə həmçinin Riqa sammitində razılaşdırılan dörd prioritet sahəyə dair əməkdaşlığı gücləndirməyin yolları müzakirə ediləcək:

  • daha güclü iqtisadiyyat: iqtisadi inkişaf və daha əlverişli bazar imkanları
  • daha güclü idarəetmə: təşkilatların və idarəetmənin gücləndirilməsi
  • daha güclü əlaqələr: qarşılıqlı əlaqələrin gücləndirilməsi, xüsusilə nəqliyyat və enerji sahələrində
  • daha güclü cəmiyyət: insanlar arasında hərəkətlilik və əlaqələrin artırılması

Şərq Tərəfdaşlığı - əsas prioritetlər və praktiki nəticələrə diqqət’ adlı hesabatında Aİ 2020-ci il üzrə bu dörd sahəni əhatə edən 20 praktiki nəticə müəyyənləşdirib. Adı çəkilən hesabat ilk dəfə 2016-cı ilin dekabrında təqdim olunmuş və 2017-ci ilin iyun ayında yenilənmişdir.

Aİ 2020-ci il üzrə 20 praktiki nəticə çərçivəsində tərəfdaş ölkələrə aşağıdakı sahələrdə dəstək göstərməklə iqtisadi inkişaf və bazar imkanları ilə bağlı tədbirləri gücləndirmək niyyətindədir:

  • yeni sahələrdə iş yerlərinin yaradılması, investisiyaların cəlb edilməsi və məşğulluğun artırılması üçün çoxsahəli və fəal iqtisadiyyatların yaradılması;

  • makroiqtisadi sabitlik;

  • investisiyalar və biznes üçün cəlbedici mühit və bərabər şəraitin yaradılması, eləcə də Aİ və bir-biri ilə ticarət imkanlarından faydalanmaları üçün Tərəfdaş Ölkələrin potensialının gücləndirilməsi məqsədi ilə iqtisadi keçid prosesini irəli aparmaq.

Aİ və altı Şərq Tərəfdaşlığı ölkəsi arasında siyasi birliyi və iqtisadi inteqrasiyasını təşviq etmək məqsədilə 2009-cu ildə Şərq Tərəfdaşlığı layihəsi icra olunmağa başlanmışdır: Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova Respublikası və Ukrayna. 

Layihənin EU4Business təşəbbüsü çərçivəsində Aİ kanalları Şərq Tərəfdaşlığı ölkələrində özəl sektoru dəstəkləyir, biznes və KOM-ların maliyyə mənbələrindən daha yaxşı istifadə etməsinə dair peşəkar məsləhət xidməti təmin edərək əlverişli işgüzar mühit istiqamətində fəaliyyət göstərir. Təşəbbüsün məqsədi regionda fəaliyyət göstərən KOM-ların nəhəng potensialını üzə çıxarmaq və bu yolla iqtisadi inkişafa və yeni iş yerlərinin yaradılmasına təkan verməkdir.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm