Noyabrın 24-də Brüsseldə 5-ci Şərq Tərəfaşlığı Sammiti keçirilərək biznesin dəstəklənməsi baxımından əhəmiyyətli vədlər daxil olmaqla, vətəndaşlara maddi mənfəətlər gətirəcək 2020-ci ilə 20 praktiki nəticəni həyata keçirmək niyyətlərini bildirməklə, Aİ-nin altı Şərq tərəfdaşı ilə əlaqələrində son iki ildə əldə olunan nailiyyətləri qiymətləndirmişdir.
Sammit Aİ və Şərqi Tərəfdaş Ölkələrin dövlət və hökumət başçılarını, o cümlədən Avropa Komissiyasının Prezidenti Jan-Klod Yunker və Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun təmsil olunduğu Avropa İttifaqının bütün aparıcı institutlarının nümayəndələrini bir araya gətirmişdir.
İş yerləri və müəssisələrə müsbət təsir
Avropa Komissiyasının Prezidenti Jan-Klod Yunker əsasən iqtisadiyyat, həyat şəraitinin yaxşılaşmasında və cəmiyyətlərin yaxınlaşmasında Şərq Tərəfdaşlığının əhəmiyyətini vurgulamışdır: "Şərq Tərəfdaşlığı vasitəsilə Avropa İttifaqı 10 min yeni iş yerinin açılmasına, 20 min insanın təlim keçməsinə və şirkətlərin 100 mindən artıq kredit əldə etməsinə kömək edib."
O, həmçinin bildirib ki: "Biz pulsuz hüquqi xidmətdən istifadəni təkmilləşdirdik, nəqliyyat əlaqələrinə investisiya yatırdıq, gender bərabərliyini təşviq etdik və minlərlə tələbəyə Avropa və Şərq Tərəfdaşlığı regionu arasında gediş-gəliş etməyə kömək etdik. 2020 və daha irəliyə baxdığımız üçün daha çox tədbirin görülməsi zamanıdır. Doğru yoldayıq, gəlin bu kursa davam edək."
2015-ci ildə Riqada keçirilən sonuncu sammitdən etibarən əməkdaşlıq növbəti dörd prioritet sahəyə əsaslanmışdır:
1 daha güclü iqtisadiyyat: iqtisadi inkişaf və daha əlverişli bazar imkanları;
2 daha güclü idarəetmə: təşkilatların və idarəetmənin gücləndirilməsi;
3 daha güclü əlaqələr: qarşılıqlı əlaqələrin gücləndirilməsi, xüsusilə nəqliyyat və enerji, eləcə də ətraf mühit və iqlim dəyişikliyi sahələrində;
4 daha güclü cəmiyyət: insanlar arasında hərəkətlilik və əlaqələrin artırılması.
2020-ci il üçün 20 praktiki nəticə
Sammitdə 2020-ci ilə qədər əldə olunacaq və gələcək üçün aydın iş planı nəzərdə tutan bu prioritetlər çərçivəsində Avropa İttifaqı, ona Üzv Ölkələr və tərəfdaş ölkələr 20 praktiki nəticə qəbul etmişdir. Daha güclü iqtisadiyyat adlı prioritet sahəyə bunlar daxildir:
• 2017-2020-ci illər ərzində Beynəlxalq Maliyyə İnstitutları ilə əməkdaşlıq çərçivəsində Aİ KOM-ların iqtisadi imkanlarını gücləndirmək və yerli valyutalarla kreditləşməni daha da stimullaşdırmaqla onların maliyyə risklərini azaltmaq niyyətindədir.
• 2020-ci ilə qədər Aİ-nin KOM-lara göstərdiyi dəstəyin heç olmasa ¼ hissəsini yerli valyuta ilə təmin etmək məqsədilə və altı ölkənin şirkətlərinə yerli valyuta ilə kreditləşmədən daha yaxşı istifadə imkanı yaratmaq üçün Aİ fondlarından əlavə 100 milyon avro ayrılacaq.
• Bundan əlavə, yeni Xarici İnvestisiya Planına özəl sektorun iştirakı ilə tərəfdaş ölkələrdə aparıcı sahələrə investisiya etməyə kömək edən innovativ zəmanət daxildir.
Aİ həmçinin tərəfdaş ölkələr arasında uyğunlaşdırılmış rouminq qiymətləri və azaldılmış rouminq tarifləri, genişzolaqlı internet üzrə milli strategiyanın təqdim olunması yolu ilə internetdən daha asan və ucuz istifadə imkanı və rəqəmsal sənaye sahələrində yeni iş yerlərinin yaradılmasına dəstək məqsədilə konkret tədbirlərdən ibarət rəqəmsal paket vəd edir.
Sammit ərəfəsində 26-27 oktyabr tarixlərində Tallində baş tutan Şərq Tərəfdaşlığı Biznes Forumu daxil olmaqla, vətəndaş cəmiyyəti, media, müəssisələr, parlamentlər və digər maraqlı tərəflərin iştirak etdiyi bir sıra ikinci dərəcəli tədbirlər keçirilmişdir.
Aİ və altı Şərq Tərəfdaşlığı ölkəsi arasında siyasi birliyi və iqtisadi inteqrasiyasını təşviq etmək məqsədilə 2009-cu ildə Şərq Tərəfdaşlığı layihəsi icra olunmağa başlanmışdır: Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova Respublikası və Ukrayna.
Layihənin EU4Business təşəbbüsü çərçivəsində Aİ kanalları Şərq Tərəfdaşlığı ölkələrində özəl sektoru dəstəkləyir, biznes və KOM-ların maliyyə mənbələrindən daha yaxşı istifadə etməsinə dair peşəkar məsləhət xidməti təmin edərək əlverişli işgüzar mühit istiqamətində fəaliyyət göstərir. Təşəbbüsün məqsədi regionda fəaliyyət göstərən KOM-ların nəhəng potensialını üzə çıxarmaq və bu yolla iqtisadi inkişafa və yeni iş yerlərinin yaradılmasına təkan verməkdir.