(Cenevrə/Bakı) Azərbaycanda şirkətlər yaxın vaxtlarda Şərq Tərəfdaşlığı (EaP) Ticarətinə Dəstək layihəsi çərçivəsində Avropa İttifaqı və Şərq Tərəfdaşlığı regionunda ticarət imkanlarının müəyyənləşdirilməsi üçün daha geniş imkanlar əldə edəcəklər. İyunun 1-də Beynəlxalq Ticarət Mərkəzi (İTC) Avropa İttifaqının Azərbaycan və AZPROMO nümayəndə heyəti ilə tərəfdaşlıq çərçivəsində Şərq Tərəfdaşlıği Ticarətinə Dəstək Xidməti layihəsi üzrə maraqlı tərəflərin ilk görüşünü təşkil edib.
2019-cu ilin sonunda başlanan Şərq Tərəfdaşlığı Ticarətinə Dəstək Xidməti layihəsi Birləşmiş Millətlər Təşkilatının və Ümumdünya Ticarət Təşkilatının birgə təşkilatı olan ITC tərəfindən həyata keçirilir. Layihə Avropa İttifaqı tərəfindən EU4Business təşəbbüsü çərçivəsində dəstəklənir. Beşillik layihə Şərq Tərəfdaşlığı ölkələri ilə Avropa İttifaqı, həmçinin Şərq Tərəfdaşlığı regionunda iqtisadi və ticarət münasibətlərinin möhkəmləndirilməsinə yönəlib. Layihənin nəticəsi olaraq, Şərq Tərəfdaşlığı ölkələrində şirkətlər Şərq Tərəfdaşlığı Ticarətinə dəstək xidməti üzrə portal vasitəsilə bölgə və Aİ haqqında hərtərəfli, yoxlanılmış və şəffaf ticarət məlumatlarına geniş çıxış əldə edəcəklər. Portal onlayn dəstək xidməti onlara ixrac və idxalla bağlı problemləri bildirməyə və müvafiq dövlət qurumları tərəfindən təmin olunan praktiki həllərdən istifadə etməyə imkan verəcəkdir. Bundan əlavə, layihə çərçivəsində ölkədə keçirilən sorğular vasitəsilə qeyri-tarif tədbirlərinin normativ və prosedur ticarət maneələri müəyyən ediləcək və Aİ-yə ixrac etmək üçün sektoral məsləhətlər veriləcəkdir. Müvafiq dövlət qurumları seçilmiş sektorlarda xidmətlər üzrə məlumatlarının toplanması və işlənməsi baxımından daha hazırlıqlı olacaq, şirkətlər və biznesə dəstək təşkilatları isə bölgədə və Aİ-da yeni imkanları müəyyənləşdirmək üçün bazar təhlili üzrə xüsusi potensial artırma imkanlardan faydalanacaq.
Milli maraqlı tərəflərin görüşlərinin əsas məqsədləri aşağıdakılardır: layihənin məqsədi və gözlənilən təsiri barədə iştirakçıları məlumatlandırmaq; Azərbaycanda cari və planlaşdırılan fəaliyyəti təqdim etmək və mövcud milli təşəbbüslərlə qarşılıqlı əlaqələri müəyyən etmək. Görüşdə nazirliklər, dövlət qurumları, biznesin dəstəklənməsi üzrə təşkilatların, Aİ-nin Azərbaycandakı nümayəndəliyinin, İTC-nin ekspertləri və ixtisaslaşdırılmış elmi akademiyalarının nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Aparat rəhbərinin müavini cənab Allahverdi Paşayev çıxış edərək dedi: "Avropa İttifaqı Azərbaycanın böyük ticarət tərəfdaşıdır. Hesab edirik ki, Ticarətə Dəstək Xidməti layihəsi Şərq Tərəfdaşlığı ölkələri ilə Avropa İttifaqı, eləcə də Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıqda yeni səhifə açacaq və qarşılıqlı münasibətlərin möhkəmlənməsinə, ticarətin artmasına və dövlətin qeyri-neft ixracının artırılmasına yönəlmiş tədbirlərinin dəstəklənməsinə kömək edəcək. Layihə çərçivəsində nəzərdə tutulan tədbirlər ölkəmizin ixrac potensialını artırmağa kömək edəcəkdir. Əminik ki, layihə Avropa İttifaqı ilə iqtisadi əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayacaq və Şərq Tərəfdaşlığı ölkələri ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsinin artırılmasına töhfə verəcəkdir".
Aİ-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin Qonşuluq Əməkdaşlıq üzrə proqramının rəhbəri xanım Ülviyyə Abdullayeva çıxış edərək dedi: "Şərq Tərəfdaşlığı Ticarətinə Dəstək Xidməti EU4Business layihəsidir. Layihə Aİ bazarına daha yaxşı və asan çıxışı üçün Azərbaycan biznesinə dəyərli informasiya dəstəyi verəcək. Eyni zamanda, dövlət üçün daha çox ticarət və ədliyyə ilə bağlı islahatların həyata keçirilməsinə, ölkədə biznes mühitinin ümumi yaxşılaşdırılmasına diqqət yetirmək vacibdir".
Cənab Monder Mimuni, İTC-də beynəlxalq ticarət mərkəzinin ticarət və bazar araşdırması şöbəsinin rəhbəri qeyd edib: "Qeyd etmək lazımdır ki, Azərbaycanın Aİ-yə ixrac potensialı böyükdür, ITC -nın qiymətləndirmələrinə görə, bu rəqəm təxminən 90 milyon ABŞ dollarından çoxdur. Əslində, Şərq Tərəfdaşlığı regionunda ölkə üçün analoji potensial mövcuddur, belə ki 90 milyon ABŞ dolları dəyərində bazar, yaxud son 10 ildə regional ticarətin təxminən üçdə biri qədər artım. Bu, Azərbaycanın kiçik və orta ixracatçıları üçün bir çox imkanların olduğuna işarə edir və biz bu potensialın həyata keçirilməsinə kömək etməyə çalışırıq".
AZPROMO-nun İxracın Təşviqi Departamentinin direktoru cənab Tural Hacıyev yekun sözü ilə çıxış edib: "Yerli ixracatçıların tariflər, bazar potensialı, qaydalar və s. kimi bazar məlumatlarına onlayn çıxışı təmin etmək Azərbaycanın milli ixrac strategiyasına uyğun olaraq əsas vəzifələrdən biridir. Ticarət üzrə texniki dəstək xidməti informasiya boşluğunun bir hissəsini dolduracaq və ixracatçılara Şərq Tərəfdaşlığı ölkələrinə ixracata başlamağa və ya bu ölkələrə satışlarını şaxələndirməyə kömək edəcəkdir. Biz inanırıq ki, ixracatlarımız AZPROMO və ITC-nin birgə dəstəyi ilə xarici bazarlarda yüksək nəticələr əldə edəcəklər".
Şərq Tərəfdaşlığı Ticarətinə Dəstək Xidmətinin portalı istifadəçilərə ticarət statistikaları, potensial ixrac üzrə məlumatları, tariflər, preferensial ticarət sazişləri, həmçinin ixrac və idxal qaydaları və işgüzar əlaqələri barədə ətraflı məlumat verəcəkdir. İstifadəçi yönümlü platforma Aİ bazarlarına ixracını artırmaq istəyən Azərbaycan sahibkarları üçün hərtərəfli bələdçi rolunu oynayacaqdır.
Layihə haqqında daha ətraflı məlumat üçün, müraciət edin:
Cənab Pol Kelly, layihə rəhbəri, kelly@intracen.org
Layihə səhifəsini ITC saytında ziyarət edin https://www.intracen.org/EaP/
ITC haqqında - Beynəlxalq Ticarət Mərkəzi Ümumdünya Ticarət Təşkilatı və Birləşmiş Millətlər Təşkilatların birgə təşkilatıdır. ITC inkişaf etməkdə və keçid iqtisadiyyatı olan ölkələrdə kiçik və orta müəssisələrə qlobal bazarlarda daha rəqabətli olmağa kömək edir və bununla da "Ticarətə yardım" gündəliyi və Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində dayanıqlı iqtisadi inkişafa töhfə verir.
EU4Business Haqqında - EU4Business, Şərq Tərəfdaşlığı ölkələrində - Ermənistanda, Azərbaycanda, Belarusda, Gürcüstanda, Moldovada və Ukraynada kiçik və orta sahibkarlıq subyektlərinə Aİ-nin bütün dəstəyini əhatə edən bir çətir təşəbbüsüdür. EU4Business layihəsinin məqsədi - kiçik və orta biznesin maliyyə resurslarına çıxışını asanlaşdırmaq və daha yaxşı biznes tənzimləmə prinsiplərini təşviq edərək KOB-ların inkişafına tövhə verməkdir.
2019-cu ildə EU4Business Təşəbbüsü vasitəsi ilə Azərbaycanda 9 198 KOB dəstək alıb. Nəticədə həmin KOB-lar 58.4 milyon avro əlavə gəlir əldə edib və 3 931 yeni iş yeri yaradıb. Dövriyyələri 12,2%, ixrac həcmləri isə 3% artdı.