AYİB və Azərbaycan Beynəlxalq Bankı ticarətin maliyyələşdirilməsi sahəsində əməkdaşlıq edəcək

Azərbaycan
AYİB və Azərbaycan Beynəlxalq Bankı ticarətin maliyyələşdirilməsi sahəsində əməkdaşlıq edəcək

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə Azərbaycan Beynəlxalq Bankı (ABB) arasında AYİB-in Ticarətin Maliyyələşdirilməsi Proqramı (TFP) çərçivəsində 50 milyon dollarlıq (46,7 milyon avro) saziş imzalanıb. Maliyyə vəsaitinin ticarətin maliyyələşdirilməsi sahəsində imkanların genişləndirilməsinə sərf olunması planlaşdırılır. İmzalanma mərasimi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasındakı (COP29) pavilyonda keçirilib.

İmzalanan saziş idxal-ixracla məşğul olan iş adamları üçün maliyyə alətlərini daha əlçatan edəcək, o cümlədən ABB-nin beynəlxalq əməliyyatlarını dəstəkləyəcək və Azərbaycanın qlobal bazarlara inteqrasiyasını gücləndirəcək. Bu razılaşma sənədi həm də AYİB-in Azərbaycanın maliyyə sektoruna artan dəstəyinin göstəricisidir.

“Biz əminik ki, bu ticarətin maliyyələşdirilməsi xətti Azərbaycanın xarici ticarətini dəstəkləməklə yanaşı, ölkənin maliyyə sektoruna, onun müştərilərinə əhəmiyyətli dəyər qatacaq. Eyni zamanda, AYİB ABB-yə yaşıl əməliyyatlarla bağlı məsləhət xidmətləri verəcək”, – AYİB-in prezidenti Odile Renaud-Basso bildirib. 

AYİB Azərbaycanda aparıcı institusional investorlardan biridir və bu günə qədər adı çəkilən ölkədə icra olunan 191 layihəyə 3,7 milyard avrodan çox investisiya ayırıb.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm