CŞAF kiçik müəssisələrə göstərilən dəstəyin təsirini əks etdirən hesabat dərc edib

Ermənistan Azərbaycan Gürcüstan Moldova Ukrayna
CŞAF kiçik müəssisələrə göstərilən dəstəyin təsirini əks etdirən hesabat dərc edib

Bu gün Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (CŞAF) hədəf rayonlarda sözügedən fondun iqtisadi əsası hesab edilən mikro və kiçik müəssisələrin (MKM-lər) inkişafını təşviq edən sahibkarların dəstəklənməsi istiqamətində əldə etdiyi nailiyyətləri nümayiş etdirən Təsir hesabatını dərc edib.

CŞAF-ın məqsədi Cənub-Şərqi Avropa və Avropanın Şərq Qonşuluğu regionunda EU4Business təşəbbüsü çərçivəsində Avropa İttifaqından əldə etdiyi maliyyə vəsaiti hesabına əsasən MKM-lər və fərdi ev təsərrüfatlarının ixtisaslı yerli maliyyə qurumları vasitəsilə əlavə inkişaf maliyyələşdirilməsinin davamlı təmini yolu ilə iqtisadi inkişaf və rifaha şərait yaratmaqdır.

Fondun "Çatışmazlıqların aradan qaldırılması" adlı son hesabatında mövcud MKM-lərin inkişafı üçün möhkəm və sağlam maliyyə mühitinin təşviq olunması ilə yanaşı, perspektivli sahibkarların parlaq ideyalarının uğurlu biznesə çevrilməsi üçün onların lazımi resurslar və dəstəyə qovuşdurulmasında fondun oynadığı mühüm rol təsvir edilir. Startaplar və investorlar, yerli bazarlar və beynəlxalq maliyyə qurumları, yenilikçi sahibkarlar və təcrübəli mentorlar arasında, o cümlədən yeni nəsil sənaye novatorlarını formalaşdıracaq sahibkarların özləri arasında əlaqələr qurulmuşdur. 

2017-ci ildə CŞAF əməliyyatları çərçivəsində həyat şəraitinin yaxşılaşması və iqtisadi inkişafın gücləndirilməsi məqsədilə 137000-dən artıq fərdi subkreditlər verilib. Fondun İnkişaf Mexanizmi isə bacarıqların artırılması, mentorluq və təlim tədbirləri kimi sahələrdə 16000-dən artıq son benefisiarı əhatə edib. 2017-ci ilin sonuna kimi dayanıqlı və etibarlı maliyyənin artırılması missiyası istiqamətində CŞAF və onun İnkişaf Mexanizmi tərəfindən ümumilikdə 6,5 milyard avro ayrılıb. 

Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (CŞAF) Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Nazirliyi (BMZ) və Avropa Komissiyasının maliyyə dəstəyi ilə Almaniya İnkişaf Bankının (KfW) təşəbbüsü ilə yaradılmışdır.

Fondun məqsədi Albaniya, Ermənistan, Azərbaycan, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, keçmiş Yuqoslaviya Respublikası Makedoniya, Kosovo, Gürcüstan, Moldova, Monteneqro, Rumıniya, Serbiya, Ukrayna və Türkiyədə iqtisadi inkişafa və rifaha şərait yaratmaqdır.

Mikro, kiçik və orta müəssisələrin inkişaf etməsində maliyyə vəsaiti mühüm rol oynadığı üçün müvafiq və davamlı maliyyələşmə təmin etmək məqsədilə CŞAF diqqətini yerli maliyyə sektorlarının bacarıqlarının artırılmasına dəstək verməkdə cəmləşdirir. CŞAF maliyyələşməsi uzunmüddətli maliyyənin kredit müştərilərinə, xüsusən mikro və kiçik müəssisələrə (KOM-lar), eyni zamanda mənzillərin təkmilləşdirilməsi üçün yerli tərəfdaş kredit təşkilatları vasitəsilə fərdi ev təsərrüfatlarına istiqamətləndirilməsini nəzərdə tutur. CŞAF-ın investisiya fəaliyyətlərini dəstəkləyən CŞAF İnkişaf Mexanizmi, tərəfdaş kredit təşkilatlarında əməliyyat bacarıqları və peşəkar idarəetmə yaratmaq üçün texniki dəstək, konsaltinq və təlim xidmətləri təmin edir. 
Adı çəkilən hesabatı internet səhifəsində interaktiv hesabat şəklində oxumaq və ya tam PDF formasında endirmək olar.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm