Aİ, Azərbaycanda KOM-ların inkişafı üçün 14,5 milyon Avro ayırır

Azərbaycan
Aİ, Azərbaycanda KOM-ların inkişafı üçün 14,5 milyon Avro ayırır

Aİ ölkənin regional inkişaf proqram çərçivəsində Azərbaycana 14,5 milyon Avro ayırmışdır. Bu layihə çərçivəsində tvinninq layihələri və texniki yardımın həyata keçirilməsindən tutmuş kənd yerlərində biznes informasiya sisteminin yaradılması, ucqar ərazilərdə KOM-ların və ailə təsərrüfatlarının inkişafına göstərilən dəstəyin təkmilləşdirilməsi, kənd təsərrüfatı üzrə məsləhətvermə xidməti sisteminin tətbiqi və istehlakçıların maarifləndirilməsinə kimi geniş diapazonlu tədbirlərin görülməsi nəzərdə tutulur.

Maliyyələşdirmə üzrə müqavilə Aİ-nın Azərbaycandakı səfiri, Malena Mard və Azərbaycanın İqtisadiyyat naziri, Şahin Mustafayev tərəfindən 9 dekabr tarixində imzalanmışdır.

Cənab Mustafayevin qeyd etmişdir ki, Azərbaycan, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır və Aİ ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda 26 layihə icra olunmuşdur. Əlavə 11 layihə isə planlaşdırılmaqdadır. Xanım Mard enerji sektorundan əlavə digər sahələrdə də əlaqələrin genişləndirilməsinə ehtiyacın olduğunu bildirmişdir.

Azərbaycan 2007-ci ildə Avropa İttifaqının sonuncu genişlənməsindən sonra Aİ üçün daha geniş qonşuluq strategiyası üzrə prioritet ölkəyə çevrilmişdir. O vaxtdan bəri Avropa İttifaqı Azərbaycana göstərdiyi yardım və apardığı əməkdaşlığın miqyasını tədricən artırmış və ölkədə ümumilikdə 48 tvinninq layihəsini uğurla həyata keçirmişdir.

Maliyyələşdirmə razılaşması yeni ikitərəfli əməkdaşlıq və tərəfdaşlıq üzrə sazişlə bağlı danışıqlara zəmin yaradır. Bu danışıqlar Prezident İlham Əliyevin Brüsselə səfərindən sonra 7 fevral tarixində başlamalı idi. Bu səfər ərzində İlham Əliyev Avropa Komissiyasının Prezidenti Jan-Klod-Yunker, Aİ Xarici İşlər üzrə Ali Nümayəndəsi Federika Mogerini və Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk ilə görüşmüşdür.

 

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm