Aİ və Azərbaycan yeni tərəfdaşlıq razılaşması üzrə danışıqlara başlayır

Azərbaycan
Aİ və Azərbaycan yeni tərəfdaşlıq razılaşması üzrə danışıqlara başlayır

Avropa Komissiyasının Avropa qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə baş direktoru, Kristian Danielson bildirmişdir ki, Aİ hər iki tərəfin paylaşdığı çağırışların öhdəsindən daha yaxşı gələcək yeni hərtərəfli tərəfdaşlıq sazişi üzrə danışıqlara başlamaq ərəfəsində Azərbaycanla dialoq və əməkdaşlığı genişləndirmək niyyətindədir. Cənab Danielsson yanvar ayında öz Azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüşdə bu fikri bildirmişdi.

Cənab Məmmədyarov Aİ və ona üzv dövlətlər adından saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyasına və Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəyə mandatın verilməsini Azərbaycan tərəfindən müsbət qarşıladığını bildirmişdir. O, bu qərarın Azərbaycan-Aİ əməkdaşlığı üzərində müsbət təsirə malik olacağına dair əminliyini də ifadə etmişdir.

Yeni ikitərərfli əməkdaşlıq və tərəfdaşlıq sazişi üzrə danışıqlar 7 fevral tarixində Prezident İlham Əliyevin Brüsselə səfərindən sonra başlamalı idi. Bu səfər ərzində Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Jan-Klod-Yunker, Aİ Xarici İşlər üzrə Ali Nümayəndəsi Federika Mogerini və Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk ilə görüşmüşdür.

Aİ-nın Azərbaycanla əlaqələri 1999-cu il tarixli Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsaslanır. Bu saziş siyasi dialoq, ticarət, sərmaye qoyuluşu, iqtisadi məsələlər, qanunvericilik və mədəniyyət üzrə geniş diapazonlu əməkdaşlığın aparılmasını təmin edir. Azərbaycan KOM-lar üçün biznes mühiti üzrə islahatları aparmaq məqsədilə EU4Business maliyyə vəsaitini alan Şərq Tərəfdaşlığı proqramına üzv olan altı ölkədən biridir.

Ötən il Aİ, KOM-ların rəqabət qabiliyyətini artırmaq üçün Azərbaycana 13,5 milyon Avro dəyərındə yardım paketini ayıracağını bəyan edib. Aİ həmçinin kənd yerlərində KOM-ların inkişafına dəstəyi nəzərdə tutan ölkənin regional inkişaf proqramı üzrə Azərbaycana 14,5 milyon Avro da ayırmışdır.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm