You are using an outdated browser. Please upgrade your browser to improve your experience.
Yuxarı

Bakı, 2 mart 2022-ci il –  Avropa İttifaqı (Aİ) və BMT-nin İnkişaf Proqramı vətəndaş cəmiyyəti təşkilatlarının (VCT) yerli siyasətlərin hazırlanması prosesində iştirakını artırmaq məqsədilə onların potensialının gücləndirilməsi fəaliyyətlərinə davam edir.

Aİ tərəfindən maliyyələşdirilən “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində ictimai siyasətlər və təhlili üzrə Bakıda dördgünlük təlim proqramı həyata keçirilib. Proqramda 14 müxtəlif rayondan 40 vətəndaş cəmiyyəti təşkilatı və fəal qruplar iştirak edib. Sessiyalar, ictimai siyasət və araşdırma üzrə ixtisaslaşmış milli ekspert tərəfindən aparılıb.

Proqramda iştirakçılar, siyasətlərin hazırlanması prosesinin mərhələləri daxil olmaqla ictimai siyasətin bir sıra baza konseptləri barədə ətraflı öyrəniblər. Sessiyalar zamanı iştirakçılar data toplanılması üzrə müxtəlif metodlar və datanın təhlili istiqamətində biliklərini artırıb, həmçinin siyasət xülasələrinin yazılması və tövsiyələrinin formalaşdırılması üzrə praktiki bacarıqlara yiyələniblər.

“Lazımlı məzmun, çoxlu sual vermək imkanı və maraqlı bir təlimçi ilə çox praktiki kurs idi. Bütün bu sadalananların sayəsində həm effektiv, həm də zövq aldığımız bir təlim proqramı oldu”, deyə “Gənclərin Təşəbbüs Qrupu” İctimai Birliyinin iştirakçısı qeyd edib.

Təlim proqramının tərkib hissəsi olaraq iştirakçılar fərdi mentorluq dəstəyi də əldə ediblər.

Qeyd edilməlidir ki, Avropa İttifaqının maliyyələşdirdiyi bu layihə, BMTİP tərəfindən həyata keçirilir. Layihə - siyasətlərin formalaşdırılması, yerli inkişafa dəstək və sosial innovasiyanın təşviqi sahələrində VCT-lərin iştirakının artırılması məqsədilə təşkilatların potensialının gücləndirilməsini hədəfləyir.

Əlaqə üçün məlumat:

Leyla Qurbanova, BMTİP-nin Azərbaycan ofisinin Kommunikasiyalar üzrə mütəxəssisi – leyla.gurbanova@undp.org

Gülnarə Bayramova, Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin Mətbuat və İnformasiya Rəhbəri gulnara.bayramova@eeas.europa.eu

Avropa İttifaqı öz nou-hausunu, resurslarını və amallarını tədricən birləşdirmək qərarına gəlmiş 27 üzv dövlətdən ibarətdir. 60 ildən artıq genişlənmə müddəti ərzində, onlar, birgə olaraq, mədəni müxtəlifliyi, tolerantlığı və fərdi azadlıqları qoruyub saxlayaraq, sabitlik, demokratiya və dayanıqlı inkişaf zonasını yaradıblar. Avropa İttifaqı öz sərhədlərindən kənarda digər ölkə və xalqlarla öz nailiyyətlərini və dəyərlərini paylaşmağa sadiq olan tərəfdir.

BMT-nin İnkişaf Proqramı BMT-nin aparıcı agentliyi olub, yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdadır. Biz, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlarımızdan ibarət geniş şəbəkəmizlə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli və dayanıqlı həllər üzərində çalışırıq.

Ətraflı məlumat üçün undp.org vebsaytına baş çəkə yaxud Twitter-də @UNDP səhifəsini izləyə bilərsiniz.

Ən son Xəbərlər
az
05.09.2022
EU4Business, ölkələr üzrə keçən ilin əsas nəticələrinin icmalını əks etdirən Azərbaycan üçün Vətəndaşların Xülasəsi 2022-ni dərc etmişdir.
az
15.03.2022
Avropa İttifaqının başlatdığı “İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri” təşəbbüsü o prinsipə əsaslanır ki, yerli hakimiyyət orqanları özəl sektor, dövlət təşkilatları və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq etməklə yerli biznes mühitinin yaxşılaşdırılmasına kömək edə və aparıcı qüvvənin özəl sektorun təşkil etdiyi iqtisadi artım və iş yerlərinin yaradılması üçün şərait yarada bilər.
az
28.12.2021
Bu Təlimatda kiçik bizneslərin ticarət standartlarına riayət etməsi üçün əlaqə məlumatları və informasiya verilib. İndi Azərbaycanda fəaliyyət göstərən kiçik firmalar xarici bazarlara daxil olmaq üçün tələb olunan ticarət standartları ilə bağlı əlaqə məlumatına və əsas informasiyaya daha asan çıxışa malikdir.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm