Şərq Tərəfdaşlıq ölkələrindən olan biznesə dəstək təşkilatlarının rəhbər şəxslərinə təlim keçmək üçün Aİ mütəxəssiləri tələb olunur

Ermənistan Azərbaycan Gürcüstan Moldova Ukrayna
Şərq Tərəfdaşlıq ölkələrindən olan biznesə dəstək təşkilatlarının rəhbər şəxslərinə təlim keçmək üçün Aİ mütəxəssiləri tələb olunur

East Invest 2 proqramı Şərq Tərəfdaşlığı Proqramına üzv olan (ŞT) ölkələrdə Biznesə Dəstək Təşkilatlarının rəhbər şəxsləri üçün təlim akademiyasında iştirak etmək məqsədilə Aİ mütəxəssislərini işə götürür.

BDT Sstrateji Planlaşdırma Akademiyası 8-11 may 2017-ci il tarixləri arasında East Invest 2 proqramı çərçivəsində təşkil olunaraq Almaniyanın Vesterham şəhərində keçiriləcəkdir. Bu proqram Şərq Tərəfdaşlığı Proqramına üzv olan 6 ölkədə Biznes (Biznesə Dəstək) təşkilatlarını (BDT) və KOM-ları hədəfə alan Aİ tərəfindən maliyyələşdirilən proqramdır.

Akademiya ərzində Aİ mütəxəssisləri 5 kurs təqdim edəcəklər:

  1. Strateji düşünməyi öyrənin
  2. Risklərin idarə edilməsi: BDT üçün xarici və daxili risklər
  3. Dəyişikliklərin idarə edilməsi: kənardan rəqabət ilə üzləşmə
  4. Beynəlxalq strateji tərəfdaşlıqlar
  5. Strateji ictimai münasibətlər və kommunikasiya.

Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynadan olan rəhbər şəxslərin  UEAPME ilə əməkdaşlıq şəraitindəEU4Business proqramının tərəfdaş təşkilatı olan EUROCHAMBRES tərəfindən təşkil olunan tədbirdə iştirak etməsi gözlənilir.

EU4Business proqramının əsas hədəfi bu ölkələrdən olan BDT-lərə dəstək göstərməkdir, çünki üzv təşkilatlar hökumət və KOM-lar arasında dialoqu təşviq etmək imkanına malikdirlər.

Kursda ŞTP üzv olan ölkələrdə BDT-ların uğurlu fəaliyyətini təmin etmək, onlara yerli KOM-ları təmin etməyə imkan vermək və yaxşılaşdırılmış biznes mühitinin yaranmasına töhfə vermək üçün aydın strategiyaya ehtiyacın duyulduğu anlaşılır.

Akademiya ərzində BDT-lara niyə strateji planın lazım olduğu, bu planın necə tərtib olunması, ondan ən yaxşı şəkildə necə istifadə edilməsi və planın BDT heyəti tərəfindən dəstəklənməsinin təmin edilməsi və bununla da effektiv icra olunması  məsələləri müzakirə olunacaqdır.

Doldurulmuş və imzalanmış Müraciət Forması Irina Tixonovaya (mailto:tikhonova@eurochambres.eu) bir nüsxə isə Marusa Benkiçə (benkic@eurochambres.eu10 aprel 2017-ci il tarixə qədər göndərilməlidir (həmin gün nəzərə alınmaqla).

Ətraflı məlumatı və müraciət formasını buradan əldə etmək olar.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm