Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır

Azərbaycan
Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır

Ölkənin Avropaya inteqrasiya üzrə nazirinin söylədiyinə əsasən keçən il Azərbaycanın bütöv ticarətinin qırx yeddi faizi Aİ ilə aparılmışdır

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır və tvinning və Texniki Yardım və İnformasiya Mübadiləsi Aləti kimi investisiya və mübadilə proqramları vasitəsilə Avropa İttifaqı ilə çox ciddi əməkdaşlıq aparmaqdadır. Bunlar Azərbaycanın Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayevin Aİ-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin, Avropa Parlamentinin üzvləri ilə keçirilən görüşündə bildirdiyi müşahidələridir.

"Biz Avropa İttifaqına üzv olan 23 ölkə ilə ikiqat vergiqoymanın aradan qaldırıılması üzrə, 18 ölkə ilə isə investisiyaların qarşılıqlı müdafiəsi və dəstəklənməsi üzrə müqavilələr imzalamışdıq, eləcə də 14 üzv ölkə ilə hökümətlərarası komissiya yaratmışıq." - Şahin Mustafayev qeyd edir.

Cənab Mustafayev Aİ-nin Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu vurğulayır. Nazirin bildirdiyinə görə keçən il Aİ ilə aparılmış ticarət Azərbaycanın ümumi ticarət dövriyyəsinin 47%-nı təşkil etmişdir, bu il isə yanvar-avqust ayları arasındakı dövrdə bu göstərici 37% təşkil etmişdir.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm