Sahibkarlar üçün Aİ-nin dəstəyini almağa kömək edən veb saytlar istifadəyə verilib

Ermənistan Azərbaycan Gürcüstan Moldova Ukrayna
Sahibkarlar üçün Aİ-nin dəstəyini almağa kömək edən veb saytlar istifadəyə verilib

Avropa Komissiyası, AB tərəfindən Ermənistan, Azərbaycan, Belarusiya, Gürcüstan, Moldova və Ukraynada kiçik və orta sahibkarlıq subyektlərinə dəstəyi barədə ətraflı məlumat verən “EU4Business”-in yeni veb saytını istifadəyə verib.

Əsas sayt təşəbbüsün bütün tərəfdaşları və iştirakçıları üçün "vahid pəncərə" rolunu oynayır. Hər bir ölkədə KOB subyektlərinə dəstəyinin nəticələrini, sahələr və alətlər üzrə bölünmüş ətraflı statistik məlumatları, layihə portfellərini, uğur hekayələrini, ölkələrə və yardım növlərinə görə strukturlaşdırılmış şəkildə təqdim edir. Ümumi saytda hər ölkədə hansı vasitələrin işlədiyini görmək və nəticələri müqayisə etmək mümkündür.

“EU4Business”, həmçinin, ayrıca hər bir ölkə üçün sahibkarlara yönəldilmiş saytları təqdim edib (Ermənistan, Azərbaycan, Belarusiya, Gürcüstan, Moldova, Ukrayna). Biznesin inkişafı üçün necə kredit və ya qrant almaq olar və bunu hansı bankda etmək daha asandır? İxraca başlamaq üçün konsultasiya almaq məqsədi ilə hara müraciət etmək olar? Yeni müştərilər və tərəfdaşlar tapmaq üçün beynəlxalq sərgidə və ya təhsil seminarında necə iştirak etmək olar? Məlumatları müxtəlif mənbələrdən tədricən toplamaq əvəzinə, sahibkarlar yerli saytların hər birində bir neçə dəqiqəyə Aİ onların biznesinə işlərinə necə kömək edəcəyini anlaya bilərlər. Burada həm də Aİ ilə artıq əməkdaşlıq edən müəssisələrin müsbət təcrübəsindən ilham ala, mühüm tədbirlərin anonslarını izləyə və ölkədəki biznes mühiti üçün nə etdiklərini görmək mümkündür.

Biz məlumat baxımından fərqli auditoriyaları dəstəkləyirik. Onların arasında sahibkarlar, əməkdaşlıq etdiyimiz donorlar, biznesə dəstək verən təşkilatlardır. Hamı fərqli məlumatlarla maraqlanır: məsələn, sahibkara haradan kredit almaq barədə məlumat, verilən kreditlərlə bütün bölgədəki iş yerlərin açılması arasındakı əlaqədən daha vacibdir. Lakin bu rəqəmlər, məsələn, AB-də tərəfdaşlar və maliyyə qurumlar üçün vacibdir”, - deyə, “EU4Business” layihınin meneceri Mark Helyer izah edir. Onun sözlərinə görə, saytlar hər bir steykholder qrupu üçün mümkün qədər faydalı olmaq məqsədi ilə bölünüb. Hal-hazırda həmin saytlar AB dəstəyi potensialını daha aydın şəkildə əks etdirirlər və sahibkarlar bundan tam şəkildə istifadə edə bilərlər.

“EU4Business”-in son illik hesabatına əsasən, 2019-cu ildə həmin proqram sayəsində Ermənistan, Azərbaycan, Belarusiya, Gürcüstan, Moldova və Ukraynada 78 mindən çox şirkət yardım alıb.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm