Aİ Tiflisdə yeni Xarici İnvestisiya Planının icrasına başlayıb

Ermənistan Azərbaycan Gürcüstan Moldova Ukrayna
Aİ Tiflisdə yeni Xarici İnvestisiya Planının icrasına başlayıb

Martın 21-də Gürcüstanın paytaxtı Tiflisdə baş tutan açılış mərasimində Aİ özünün Xarici İnvestisiya Planını təqdim edib. Adı çəkilən bu plan çərçivəsində Aİ 2017-2020-ci illər ərzində Gürcüstan və digər Şərqi Tərəfdaş ölkələri daxil olmaqla, dünyanın 70-dən çox ölkəsi üçün dövlət və özəl sektordan sərmayələr səfərbər edəcək.

XİP-in məqsədi sərmayələrin miqdarını artırmaq və Avropa Qonşuluq ölkələrində hərtərəfli və dayanıqlı inkişafa daha çox dəstək verməkdir.

Tiflisdə keçirilən tədbir bütöv regionun özəl və dövlət sektorlarına yönəlmiş bir sıra məlumat xarakterli tədbirlərin bir hissəsidir. Yerli hökumət orqanları, biznes icmaları, özəl sektora aid müəssisələr və tərəfdaş maliyyə institutlarının nümayəndələri və digər maraqlı tərəflər bu tədbirlərdə iştirak edərək müxtəlif sektorlara sərmayə qoyuluşu imkanlarını, aparıcı özəl və dövlət sektorlarının maraqlı tərəfləri ilə əlaqələrin qurulmasının təmin edilməsini nəzərdən keçiriblər.

Avropa Qonşuluq Siyasəti və Genişlənmə Məsələləri üzrə baş direktorunun müavini Katarina Mathernova adı çəkilən planın Avropa İttifaqının Gürcüstan, eləcə də digər Şərqi Tərəfdaş ölkələrində özəl və dövlət sektorlarına aid sərmayələr vasitəsilə iqtisadi inkişafın təşviq edilməsi və onun güclənməsinin əzmli tərəfdarı olduğunun daha bir göstəricisi olduğunu vurğulayıb. 

"Bizim tərəfdaşlıq yanaşmamız sahibkarlığın, ticarətin və yeni sərmayə imkanlarının təşviq olunmasına yönəlmişdir. İnkişafa maneə törədən səbəbləri dəf etmək, hərtərəfli artımı və iş yerlərinin yaradılmasını təşviq etmək və iqtisadi inteqrasiyanı dərinləşdirmək üçün bu çox vacibdir," - deyə o, bildirib.

Avropa İttifaqı həmçinin bütöv Şərq Tərəfdaşlığı regionunda maliyyə, dəstək və təlim yolu ilə KOM-ların inkişafına maneə törədən səbəbləri dəf etmək və kiçik biznes müəssisələrinə tam potensiallarını anlamağa kömək etməyi nəzərdə tutan EU4Business təşəbbüsü vasitəsilə sahibkarlıq və ticarətə dəstək verir. Bu dəstəyin ötürülməsi üçün EU4Business, Avropa Yenidənqurma və İnkişaf Bankı və Avropa İnvestisiya Bankı ilə əməkdaşlıq edir.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm