Hesabatda vurğulanır ki, 2019-cu ildə Avropa İttifaqının EU4Business təşəbbüsü tərəfindən dəstəklənən kiçik və orta müəssisələr əlavə 1,3 milyard avro gəlir əldə edib. Bu dəstək nəticəsində Ermənistanda, Azərbaycanda, Belarusda, Gürcüstanda, Moldovada və Ukraynada 80.000-ə yaxın KOB 117 mindən çox yeni iş yeri yaradılıb.
Brüssel, 25 Fevral 2021 - Avropa Komissiyası, Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı (ŞT) programında iştirak edən 6 ölkədə KOB-lara bütün dəstəyini əhatə edən EU4Business təşəbbüsünün fəaliyyəti ilə bağlı illik hesabatını yaydı. 2020-ci ili əhatə edən hesabatda proqramın üç prioritet istiqaməti üzrə detallı informasıya öz əksini tapıb. Hesabata biznes üçün maliyyə mənbələrinə çıxış, biznesin inkişaf etdirmə xidmətləri və biznes üçün əlverişli iş mühitinin yaradılması kimi mövzülar daxildir. 2019-cu ildə Aİ 80,000 kiçik və orta müəssisəni dəstəkləmək üçün 187.7 milyon avro həcmində vəsayit ayırıb. Həmin müəssələrin üçdə biri qadınlara məxsusdur. Bu, Ermənistanda, Azərbaycanda, Belarusda, Gürcüstanda, Moldovada və Ukraynada KOB-lar tərəfindən 117.000-dən çox yeni iş yerlərin və əlavə 1.3 milyard avro əlavə gəlirin yaradılmasına imkan verib.
“EU4Business təşəbbüsü ilə Şərq Tərəfdaşlığı ölkələrində KOB-lara dəstəyimiz illər ərzində durmadan artır. Bu dəstək həm qadın, həm də kişi sahibkarlara böyük fayda verir. KOB-lar bölgə iqtisadiyyatının əsasını təşkil edir. Onlara göstərilən dəstək COVID-19 pandemiyasının gətirdiyi sosial-iqtisadi fəsadların daha tez aradan qaldırılmasına şərait yaradacaq”, - bunu Şərq Qonşuluğu və İnstitutların Qurulması üzrə Direktor (DG NEAR, Avropa Komissiyası) Lourens Meredit bildirib.
Maliyyəyə çıxış
Milli tərəfdaş maliyyə qurumları vasitəsi ilə 5,700-yə yaxın KOB 504 milyon avroya yaxın həcmdə kredit şəklində maddi dəstək alıb. Kreditin orta həcmi 88,600 avro cıvarında idi. EU4Business veb saytında maliyyəyə çıxışı haqqında məlumat verilir. Eyni zamanda, kreditlərdən və qrantlardan faydalanan sahibkarların hekayələri dərc olunur. Misal üçün: Moldovalı sahibkar bal istehsalını necə təkmilləşdirdi, və ya Azərbaycanlı sahibkar quru meyvə istehsalını necə sıfırdan qurdu.
Biznes inkişafı xidmətləri
2019-cu ildə ŞT sahibkarların bacarıqlarını inkişaf etdirmək məqsədilə təxminən 86 milyon avro ayırdı. Bu ayrılan vəsaitin 46%-ni təşkil edir. 72,000 yaxın KOB sahibkarlığın inkişafı xidmətlərindən faydalandı, 796 biznes dəstəyi üzrə təşkilat isə təlimlərdə iştirak etdi. EU4Business, Ukrayna cır mərsinin istehsalçılarından kooperativ yaratmaq üçün müştəri bazasını iki qat artıran Belarusiya uşaq geyimləri markasına qədər sənaye sahələrini dəstəklədi.
Əlverişli biznes mühiti
Bundan əlavə, Aİ iş mühitinin yaxşılaşdırılması məqsədi ilə təxminən 34 milyon avro ayırıb. Bu dəstəklə, direktiv orqanlar, tənzimləyicilər və hüquq-mühafizə orqanlar daxil olmaqla 456 dövlət qurumu imkanlarını genişləndiriblər. 700-dən çox qanun, qayda və prosedur təkminləşdirilib. Bu rəqəmlərin arxasında Ermənistanda kiçik və orta biznesi inkişaf etdirən innovasiya mərkəzi və ya bir pandemiya dövründə iş adamlarını məlumatlandıran Gürcüstan chatbotu kimi gerçək hekayələr durur.
"2020-ci ilin hesabatına məlumatların toplanması, həmçinin alətlərin və ölkələrin hərtərəfli müqayisəsi üçün yeni ölçmələr və ölçülər daxildır. Bu, Aİ-nın Şərq Tərəfdaşlıqı ölkələrinə dəstəyinin nəticələrini tamamilə əks etdirir və məlumatları layihələrə görə deyil, dəstək növünə və təsirə görə qruplaşdırır. Bu, hər bir ölkə üçün nəticələri daha yaxın izləməyə, müqayisə və təhlil etməyə, habelə həyata keçirilən layihələrlə kiçik və orta sahibkarlığın maliyyə göstəriciləri arasındakı əlaqəni anlamağa imkan verir", bunu EU4Business layihəsinin rəhbəri Mark Heller bildirib.
Aİ COVID-19 pandemiyası dövründə Şərq Tərəfdaşlığı Həmrəylik Proqramı kimi layihələr vasitəsilə dəstək verməyə davam edir. Bu layihə əhalinin ən həssas qruplarını dəstəkləmək məqsədi ilə kiçik yerli təşkilatlara subqrantarın verilməsini nəzərdə tutur. KOB-ların böhrandan sonra maliyyə resurslarına çıxışlarını asanlaşdırmaq məqsədi ilə 120 milyon avroluq yeni dəstək proqramına start verilib. 200 milyon avrodan artıq mövcud kredit xətti və qrant şəklində, EU4Business təşəbbüsü ilə yerli valyutada KOB-lara təqdim olunur.
EU4Business haqqında
EU4Business, Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrində - Ermənistanda, Azərbaycanda, Belarusda, Gürcüstanda, Moldovada və Ukraynada kiçik və orta sahibkarlıq subyektlərinə bütün dəstəyi özündə cəmləşdirən təşəbbüsdür. EU4Business, sahibkarların maliyyə resurslarına və biznes inkişafı xidmətlərinə çıxışlarını asanlaşdırmaqla yanaşı daha mükəmməl tənzimləmə mexanizmlərinin tətbiqini təşviq edir.
Zəhmət olmasa linklərə baxın:
- EU4Business’in İllik Hesabatı: 2020-nin əsas rəqəmləri ilə məlumat vərəqəsi: https://eu4business.az/reports/factsheet-eu4business-eap-results-2020/
- EU4Business 2020 İllik Hesabatın PDF formatında tam versiyası: https://eu4business.eu/reports/eu4business-annual-report-2020/
- Metodologiya broşurası: https://eu4business.eu/useful-materials/data-collection-methdology/
Daha çox məlumat əldə edin: www.eu4business.eu.