EU4Business təşəbbüsünün Baş assambleyası: nailiyyətlərdən ibarət onilliyə və qarşıda duran vəzifələrə baxış
24.07.2019
2019-cu il iyunun 28-də Brüsseldə EU4Business təşəbbüsünün Baş assambleyasının üçüncü yığıncağı keçirilib və sözügedən təşəbbüsün 10 illiyinə həsr olunub. Bu yüksək səviyyəli tədbir zamanı EU4Business Katibliyi son on il ərzində əldə olunan nəticələr, xüsusilə 2018-ci ildə qeydə alınan irəliləyişlər haqqında məlumat verib.
Baş assambleyanın 2019-cu ildə baş tutan yığıncağında altı Şərqi Tərəfdaş ölkənin hökumətləri, EU4Business təşəbbüsünün icraçıları və Avropa Komissiyasının yüksək vəzifəli nümayəndələrindən ibarət 83 iştirakçıya EU4Business təşəbbüsünün proqram və layihələrinin icrasına dair təcrübə mübadiləsi aparmaq üçün təkrarolunmaz imkan yaradılıb. İştirakçılar EU4Business təşəbbüsü çərçivəsində göstərilən dəstəyin KOM-ların cari ehtiyaclarına, o cümlədən son vaxtlar Şərq Tərəfdaşlığı regionunda müşahidə edilən iqtisadi inkişafa uyğun olduğunu vurğulayaraq uğur hekayələri və əldə edilən biliklər haqqında məlumat veriblər. Son on ildə EU4Business təşəbbüsünün müvəffəqiyyətlə icra olunduğu vurğulanan müzakirələrdə diqqət gələcək fəaliyyətlərə yönəlib. On il ərzində icra olunan sözügedən EU4Business təşəbbüsünün Avropa Komissiyasının flaqman təşəbbüslərindən biri kimi yenidən təsdiqlənməsi üçün öyrənmək və əsaslanmaq üçün çoxlu sayda məlumat və nailiyyət mövcuddur.
2009-cu ildən başlayaraq on il ərzində EU4Business Aİ-nin strateji prioritetlərinə uyğun olmaq, eləcə də Şərqi Tərəfdaş ölkələrində KOM sektorunun ehtiyaclarını əks etdirmək üçün dayanmadan inkişaf etmişdir.EU4Business təşəbbüsünün ümumi büdcəsinin 3 milyard avrodan çox olması ilə nəticələnən 417 milyon avro həcmində Aİ maliyyə yardımı 49 layihədən ibarət cari EU4Business layihə portfelinin payına düşür.
Assambleyanın yığıncağını giriş sözü ilə açan Nikolas Sendroviç (DG NEAR) son onillik boyunca Aİ və onun Şərq Qonşuları arasında əlaqələrin gücləndirilməsində, eləcə də onun mühüm hədəflərinin və təşəbbüsün nailiyyətlərini qiymətləndirməyə imkan verən əsas hədəflərin, 2020-ci ilin praktiki nəticələrinin əldə olunmasında Şərq Tərəfdaşlığının vacibliyini qeyd edib.
İlk sessiya ərzində EU4Business təşəbbüsünün qrup lideri Dr. Culia Jarova (EY) həyata keçirilməyə başlandığı 2009-cu ildən bu günə qədər EU4Business təşəbbüsünün keçdiyi yola qısa nəzər salaraq təşəbbüsün Yubiley hesabatını təqdim edib. EU4Business təşəbbüsünün son on ildə qeydə alınan nailiyyətləri haqqında çox danışmağa ehtiyac yoxdur, ancaq 10 illiyini qeyd edən təşəbbüsü təbrik etmək üçün bundan yaxşı səbəb ola bilməz.
EU4Business təşəbbüsünün son 10 ildə qeydə alınan ən yaxşı 10 nailiyyəti aşağıdakılardır:
1. EU4Business təşəbbüsünün ümumi büdcəsinin 3 milyard avrodan çox olması ilə nəticələnən 417 milyon avro həcmində Aİ maliyyə yardımı 49 layihənin payına düşür;
2. Altı Şərqi Tərəfdaş ölkəsində 85 mindən çox KOM-a dəstək verilmişdir;
3. Təxminən 80 min KOM-a 120 mindən artıq kredit verilmişdir;
4. Təxminən 2,5 milyard avro dəyərində kreditlər KOM-lar arasında bölüşdürülmüşdür;
5. Hazırda kreditlərin 50%-dən çoxu yerli valyutalarla verilir;
6. 2,5 milyard avro dəyərində investisiya cəlb edən DHATZ maliyyələşmə mexanizminə Aİ tərəfindən 194,5 milyon avro həcmində maliyyə dəstəyi verilmişdir;
7. KOM-lar tərəfindən açılan 250 mindən artıq iş yerinə dəstək verilib və EU4Business təşəbbüsü çərçivəsində 34 mindən artıq yeni iş yeri yaradılmışdır;
8. İş Qadınları proqramı çərçivəsində qadınlar tərəfindən idarə olunan təxminən 7250 KOM-a 60 milyon avro ayrılmışdır;
9. 77 minə yaxın insana təlimlər keçirilmiş və 57 mindən artıq insan müxtəlif tədbirlərdə iştirak etmişdir;
10. Bütün altı tərəfdaş ölkədə 72 yeni qanun icra edilmiş və daha 137 qanun layihəsi hazırlanmışdır.
Dr. Culia Jarova son onillikdə əldə olunan bu 10 mühüm nailiyyətlə yanaşı, digər birbaşa olmayan təsirləri də vurğulayıb. KOM-ların həm ÜDM-in, həm də məşğulluğun artırılmasındakı əhəmiyyətli töhfəsi, EU4Business təşəbbüsünün tərəfdaş ölkələrdə dayanıqlı və hərtərəfli KOM sektorunun inkişafına yol açdığını təsdiqləyir. EU4Business həmçinin ŞT ölkələrində kiçik və orta ölçülü biznes üçün işgüzar mühitin yaxşılaşmasına əhəmiyyətli dərəcədə töhfə vermişdir. Hazırda regionda yerləşən bütün ölkələrdə KOM-ların inkişafına dair siyasətlər, eləcə də KOM sahəsində fəaliyyət göstərən qurumlar və ya dəstək xarakterli orqanlar mövcuddur.
İkinci səhər sessiyası ərzində EU4Business Katibliyi 2019-cu il üzrə EU4Business təşəbbüsünün İllik Hesabatını təqdim edərək 2018-ci ildə əldə edilən mühüm nəticələr haqqında məlumat vermişdir. 2018 -ci ildə icra edilən bütün proqramlar və layihələr üzrə nəticələri təhlil edən EU4Business Katibliyi tərəfindən təşəbbüsün davamlı nailiyyətləri və onun getdikcə artan hərəkətverici qüvvəsi vurğulanıb:
• 6024 KOM EU4Business-in dəstəklənən proqramları vasitəsilə İştirakçı Maliyyə İnstitutlarından (İŞİ-lər) və beynəlxalq maliyyə institutlarından (BMİ-lər) kreditlər almışdır.
• 960-dan çox KOM DHATZ maliyyələşmə mexanizminin proqramları vasitəsilə İştirakçı maliyyə institutlarından (İŞİ-lər) və Beynəlxalq maliyyə institutlarından (BMİ-lər) kreditlər almışdır.
• 4870 qadınlar tərəfindən idarə olunan KOM EU4Business-in dəstəklənən proqramları vasitəsilə İştirakçı maliyyə institutlarından (İŞİ-lər) və Beynəlxalq maliyyə institutlarından (BMİ-lər) kreditlər almışdır.
• İŞİ-lər və BMİ-lər tərəfindən KOM-lara ayrılmış kreditlərin dəyəri 315 milyon avrodan artıq olmuşdur.
• DHATZ maliyyələşmə mexanizminin proqramları tərəfindən KOM-lara ayrılmış kreditlərin ümumi dəyəri təxminən 192 milyon avro olmuşdur.
• Yerli valyuta ilə KOM-lara kreditlərin verilməsi məqsədilə İŞİ-lərə ayrılan kreditlər/zəmanətlər/sərmayə qoyuluşlarının ümumi həcmi 220 milyon avrodan artıq olmuşdur. Hazırda təşəbbüs çərçivəsində verilən kreditlərin 50%-dən çoxunu yerli valyuta ilə kreditləşmə təşkil edir.
• KOM-lar, İŞİ-lər və BDT-lərin 8500 -dən artıq nümayəndəsinə təlim və ya mentorluq sessiyaları keçirilib. 27 mindən artıq şəxs isə EU4Business təşəbbüsü çərçivəsində təşkil edilən tədbirlərə qatılmışdır.
• 290 qadın sahibkara EU4Business-in dəstəklənən proqramları vasitəsilə təlimlər keçirilmişdir.
• KOM-lar tərəfindən 66 mindən artıq iş yerinin yaradılmasına dəstək verilmiş və təxminən 6000 yeni iş yeri yaradılmışdır.
• EU4Business təşəbbüsü çərçivəsində DHATZ maliyyələşmə mexanizmi tərəfindən KOM-ların 38 mindən artıq iş yerinin yaradılmasına dəstək verilib və təxminən 2440 yeni iş yeri yaradılmışdır.
Maraqlı tərəflərin məsləhətləşmələri, yəni 2019-cu ilin yazında EU4Business Katibliyinin təşkil etdiyi KOM-lardan ibarət hədəf qrupları və EU4Business milli dəyirmi masaların nəticələri Baş assambleyanın iştirakçılarına təqdim edilib. 250-dən çox insanın iştirak etdiyi bu yerli tədbirlərdə EU4Business təşəbbüsünün gələcək fəaliyyətləri müzakirə edilmişdir. Müzakirələrin əsas hissəsini yaxın gələcəkdə daha çox diqqət tələb edən aşağıdakı dəstək sahələri təşkil edir:
• Şərqi Tərəfdaş ölkələrin Aİ bazarlarına çıxışı üçün başlanğıcda təxmin edildiyindən daha çox vaxt və investisiya tələb olunur.
• Yerli valyutalarla kreditləşmə KOM-ların maliyyəyə çıxış imkanını artırmaq üçün ən yaxşı vasitə olduğu aşkar edilmişdir.
• Kiçik şirkətlərə diqqət daxil olmaqla, maliyyəyə çıxış imkanı yaradan sərmayələr vacib olaraq qalır.
• Maliyyə alətlərinin və texniki yardımın əlaqələndirilməsi KOM-ların inkişafını sürətləndirə bilər.
• KOM-ların həmkarları tərəfindən təqdim edilən hədəfli təcrübəyə tələbatı getdikcə artır.
• Aİ bazarlarını faktiki olaraq daha da yaxınlaşdırmaq olduqca vacibdir.
• Təsiri maksimuma çatdırmaq üçün keçmişdən ibrət götürmək.
• Paytaxt şəhərlərdən kənarları əhatə etmək vacib əhəmiyyət daşıyır.
10 illik fəaliyyət göstəricilərinin müzakirəsi
Moderatorun rəhbərlik etdiyi müzakirə formasında keçirilən günorta sessiyasında son on ildə EU4Business təşəbbüsünün mühüm nailiyyətləri müzakirəyə çıxarılıb və EU4Business təşəbbüsünün icraçıları və benefisiarlar, EU4Business çərçivəsində dörd prioritet sahəyə, yəni maliyyəyə çıxışın yaxşılaşdırılması, siyasət və qanunverici bazaların gücləndirilməsi, bilik bazası və işgüzar bacarıqların yaxşılaşdırılması və bazarlara çıxışın yaxşılaşdırılmasına dair əsas təcrübələrini bölüşmək imkanı qazanıblar.
Bin Acemian (DG NEAR) günorta sessiyasına moderatorluq edib. İcraçı tərəfdaşları təmsil edən təqdimatçılar arasında AYİB, AİB, KfW, İƏİT, GIZ və BTM kimi beynəlxalq qurumlar olmuşdur. Sözügedən icraçılar təqdimat zamanı uğurlar və əldə edilən biliklər haqqında məlumat verərək EU4Business təşəbbüsünün gələcək fəaliyyətləri üçün konkret təkliflərlə çıxış ediblər. Proqramların icrasına dair müzakirələrdən sonra ümumilikdə EU4Business təşəbbüsü ilə əlaqədar kommunikasiya və məlumatlılıq məsələləri müzakirə edilib.
İcraçılarla yanaşı, regionda fəaliyyət göstərən KOM-ların nümayəndələri Aİ tərəfindən göstərilən dəstəyin daha çox aşağıdakı sahələrdə uğurlu olmasına dair fikirlərini bölüşüblər: a) KOM-lara və əlaqədar məsləhət xidmətlərinə maliyyəyə çıxışın təmin edilməsi; b) KOM-lar üçün daha rəqabət qabiliyyətli və cəlbedici mühitin formalaşmasına dəstək; c) KOM-ların beynəlmilləşməsinin stimullaşdırılması; və d) təşkilati bacarıqların və KOM-larla əlaqədar siyasətlərin icrasının gücləndirilməsi.
İştirakçıların əksəriyyəti tərəfindən qeyd olunan yekun mülahizələrə aşağıdakılar daxildir:
• EU4Business layihə portfelinə daxil olan proqramların çoxunun regionlara istiqamətlənməsinə baxmayaraq, icra təcrübəsi göstərir ki, müxtəlif Şərqi Tərəfdaş ölkələrin sosial, iqtisadi və siyasi məzmunu nəzərə alınmalıdır. Bu baxımdan ikitərəfli layihələr sırf ehtiyaclara yönəlmiş yanaşma təmin edir.
• Uzunmüddətli, xüsusilə də maliyyəyə çıxış prioriteti və DHATZ maliyyələşmə mexanizmi çərçivəsində həyata keçirilən proqramlara üstünlük verilir. KOM-ların miqyasının artırılması prosesi vaxt tələb edir və xüsusilə Aİ ilə ticarət münasibətləri qurmaq istəyən KOM-lar üçün aktualdır.
• Maliyyəyə çıxışa dair proqramlar üstünlük təşkil edir və bu, regionda fəaliyyət göstərən KOM-ların ehtiyaclarını əks etdirir. Daha əvvəl uğurla həyata keçirildiyi üçün gələcək planlardan biri yerli valyutalarla kreditlərin verilməsinə davam etməkdir. Benefisiarlar maliyyələşmənin və məsləhət xidmətlərinin bərabər təmin edilməsinin vacibliyini vurğulayıblar, çünki təcrübə bu birləşmənin uğurlu olduğunu göstərir.
• Görünür, hələ də kiçik müəssisələr, hətta mikro müəssisələr və startapları əhatə edəcək alətlərin hazırlanması üçün potensial mövcuddur. Maliyyə alətlərinin tətbiqi sahəsini genişləndirmək və onları daha geniş KOM-lar qrupuna təqdim etmək üçün bank sektorunun gücləndirilməsi və qeyri-bank maliyyə bazarının dərinləşdirilməsi, o cümlədən lizinqə, fərdiləşməyə və səhmlərə sərmayə qoyuluşuna dəstək vermək üçün əlavə investisiyalar tələb olunur.
• Müvafiq mənimsəmə potensialı və maliyyə və digər dəstəkdən dayanıqlı istifadə təmin etmək məqsədilə əsasən innovativ KOM-lar üçün texniki yardım, təlim və mentorluğun əhəmiyyəti dəfələrlə vurğulanmışdır. Aİ-yə Üzv Dövlətlərdə fəaliyyət göstərən həmkarların mentor kimi çıxış etməsi Şərqi Tərəfdaş ölkələrindəki KOM-lar tərəfindən yüksək qiymətləndirilir.
• EU4Business artıq ŞT ölkələrində, o cümlədən başqa ölkələrdə yaxşı tanınır. Buna baxmayaraq, ona çıxışda hələ də çətinliklər var. Bütün tərəflər, EU4Business Katibliyi, icraçılar, AK və Aİ Nümayəndəlikləri tərəfindən həyata keçirilən məlumatlandırma və kommunikasiya işi davam etdirilməlidir.
• EU4Business təşəbbüsünün nailiyyətləri və təsirinə nəzarət ilə bağlı iş daha da genişləndirilməlidir.
Bin Acemian (DG NEAR) müxtəlif ünsiyyət vasitələri və tərəfdaşlar arasında təcrübə mübadiləsi, eləcə də tərəfdaş ölkələrin rəylərindən nəticə çıxarılmasının əhəmiyyətini vurğulayaraq Baş assambleyanın yığıncağını bağlı elan etmişdir.
EU4Busuiness təşəbbüsünün yubileyi düşünmək və perspektivləri nəzərdən keçirmək üçün bir fürsət rolunu oynayıb. Kamil və eyni zamanda sürətlə inkişaf edən EU4Bsuiness təşəbbüsü Şərq Tərəfdaşlığının flaqman təşəbbüslərindən birinə çevrilərək son on ildə Aİ-ŞT əlaqələrində əldə edilən irəliləyişləri nümayiş etdirir. Eyni zamanda təşəbbüsün gələcəyə dair daha çox iddiaları var və KOM sektoru Aİ-nin Şərq qonşularının iqtisadiyyatının həqiqi əsasını təşkil etdiyi halda belə qarşıda hələ də vacib vəzifələr qalmaqdadır.