EU4Business qida sahəsində çalışan 32 Ermənistan, Azərbaycan, Gürcüstan və Ukrayna şirkətinin Paris Beynəlxalq Qida Sərgisində iştirakına dəstək verir

Ermənistan Azərbaycan Gürcüstan Moldova Ukrayna
EU4Business qida sahəsində çalışan 32 Ermənistan, Azərbaycan, Gürcüstan və Ukrayna şirkətinin Paris Beynəlxalq Qida Sərgisində iştirakına dəstək verir

Beynəlxalq Ticarət Mərkəzi EU4Business təşəbbüsünün "Ticarətə Hazıram" layihəsi çərçivəsində aqrar emalı sahəsində fəaliyyət göstərən 32 Ermənistan, Azərbaycan, Gürcüstan və Ukrayna şirkətinin 21-25 oktyabr tarixlərində Parisdə keçiriləcək "SIAL" Beynəlxalq Qida Sərgisində iştirakını təşkil edir.

Məqsəd şirkətləri və onların istehsal etdiyi məhsulları Aİ bazarında təqdim etmək, o cümlədən Aİ alıcıları və idxalçıları ilə biznes əlaqələri yaratmaqdır.

"SIAL Paris" sərgisi qida sənayesi sahəsində fəaliyyət göstərən peşəkarlar üçün ən böyük beynəlxalq bazardır. 109 ölkəni təmsil edən azı 7020 Fransız və beynəlxalq sərgi iştirakçısı "SIAL Paris" sərgisində konservləşdirilməmiş məhsullar, qida məhsullarının tərkib hissələri və emal olunmuş məhsullar daxil olmaqla, müxtəlif ərzaq məhsulları nümayiş etdirir.

Adı çəkilən şirkətlərin sərgidə iştirakı, Ermənistanın KOM-ların İnkişafı üzrə Milli Mərkəzi, AzPromo (Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu), Enterprise Georgia və Ukraynanın Giləmeyvə Assosiasiyası kimi yerli tərəfdaşlar ilə sıx əməkdaşlıq və koordinasiya çərçivəsində təşkil edilmişdir.

Layihənin iştirakçı şirkətlərə göstərdiyi dəstəyə tərəfdaş təşkilatların iştirakı səviyyəsindən asılı olaraq, stendlərin icarəsi və dizaynı, ticarət sərgisində iştiraka dair təlimlər və mentorluq, eləcə də reklam materiallarının hazırlanması və B2B görüşlərin təşkili daxildir.

Sözügedən layihə tərəfindən artıq Avropadan olan 400 alıcı, idxalçı və topdan satıcı benefisiar şirkətlərin stendlərinə baş çəkməyə dəvət edilib. Bundan başqa, şirkətlərə alıcılarla danışıqlar zamanı yardım göstərilməsi və tərəflər arasında ticarət müqavilələrinin bağlanması üçün sərgidən sonra onlara dəstək verilməsi planlaşdırılır.  

Ticarətə hazıram’ adlı layihə EU4Business təşəbbüsü çərçivəsində Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və Şərq Tərəfdaşlığı ölkələrində KOM-ların rəqabət qabiliyyətini artırmaq və onları beynəlxalq və Aİ bazarları ilə əlaqələndirmək məqsədi daşıyır.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm