Azərbaycan KOM-larına dair yol xəritəsinin icrası ilə əlaqədar EU4Business işçi qrupunun görüşü

Azərbaycan
Azərbaycan KOM-larına dair yol xəritəsinin icrası ilə əlaqədar EU4Business işçi qrupunun görüşü

Dekabrın 7-də Bakıda "EU4Business: Siyasətdən Fəaliyyətə" adlı layihə çərçivəsində Azərbaycan KOM-larına dair Yol Xəritəsinin icrası və monitorinqinə dəstək mövzusunda dövlət və özəl sektor işçi qrupunun ilk görüşü keçiriləcək. Adı çəkilən layihə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən bütöv Şərq Tərəfdaşlığı regionunda həyata keçirilir və Aİ tərəfindən EU4Business təşəbbüsü çərçivəsində maliyyələşdirilir.

Həmin layihə və Aİ ilə sıx əməkdaşlıq çərçivəsində İƏİT "Azərbaycan KOM-larına dair yol xəritəsinin icrası və monitorinqinə dəstək" mövzusunda xüsusi komponenti həyata keçirir.

Neft qiymətlərinin düşməsi fonunda iqtisadi artımı canlandırmaq və KOM sektoru daxil olmaqla, mühüm iqtisadi sahələri gücləndirmək məqsədilə Azərbaycan bir sıra strateji yol xəritələri qəbul etmişdir. İqtisadi vəziyyət və iqtisadiyyatı diversifikasiya etmək üçün Azərbaycanın artan səylərini nəzərə alaraq, Azərbaycan İqtisadiyyat Nazirliyi yeni qəbul etdiyi KOM-lara dair yol xəritəsinin icrası və monitorinqinə yardım etməsi üçün İƏİT-ə müraciət etmişdir.

Layihənin əsas məqsədi KOM-lara dair yol xəritəsinin icrası və monitorinqini həyata keçirmək üçün Azərbaycan institutlarının bacarıqlarının artırılmasıdır.

İşçi qrupunun görüşündə İqtisadiyyat Nazirliyi və Əmək və Əhalinin Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Sahibkarlara Kömək Fondu, Azpromo, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, o cümlədən, özəl sektoru təmsil edən assosiasiyalar, inkişaf üzrə tərəfdaşlar, Aİ və İƏİT kimi müxtəlif nazirlik və dövlət orqanlarının yüksək vəzifəli nümayəndələri iştirak edəcək. Görüşdə KOM-ların beynəlmiləlləşdirilməsi və xarici bazarlardan daha çox istifadəsini dəstəkləyən siyasətlər, eləcə də KOM-lar üzrə siyasətlərə dair monitorinq və qiymətləndirmə strukturunun yaradılması diqqət mərkəzində olacaq.

İşçi qrupunun görüşündən sonra, 2018-ci ilin dekabrında İƏİT Avrasiya Rəqabətlilik üzrə Dəyirmi Masasında Azərbaycanın müstəqil ekspertizası ilə nəticələnəcək layihənin əhatə dairəsi və əsas mərhələlərini müzakirə etmək üçün rəhbər komitənin görüşü keçiriləcək.

EU4Business maliyyə və bazarlara çıxışı yaxşılaşdırmaq, qadın sahibkarları cəsarətləndirmək və biznes bacarıqlarının yaradılması vasitəsilə Azərbaycanın KOM sektorunu inkişaf etdirmək üçün hökumət, assosiasiyalar və KOM-lar ilə çalışır. Həmçinin, Aİ, hökuməti uzunmüddətli sosial-iqtisadi inkişaf istiqamətində kiçik və orta ölçülü bizneslə bağlı müvafiq siyasət hazırlanmasında və bununla da ölkənin kiçik və orta ölçülü bizneslə bağlı potensialının üzə çıxarılmasında dəstəkləyir.

 

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm