EU4Business təşəbbüsü çərçivəsində 2016 - 2017-ci illəri əhatə edən dövrdə Şərq Tərəfdaşlığı ölkələrindən olan 10 mindən artıq KOM-a ümumilikdə 593 milyon avrodan artıq kredit verilib, 1500-dən artıq KOM məsləhət xidməti və 8400-ə yaxını təlim xidmətindən yararlanıb. 20 mindən çox KOM sözügedən təşəbbüs çərçivəsində təşkil olunan tədbirlərdə iştirak edib.
Bunlar 2018-ci il iyunun 19-da Brüsseldə baş tutan Şərq Tərəfdaşlığı üzrə "Struktur islahatlar, Maliyyə sektorunun strukturu, Kənd təsərrüfatı və KOM-lar" adlı panel sessiyada təşəbbüsün Katibliyi tərəfindən təqdim olunan EU4Business İllik Hesabatı 2018 adlı sənəddə işıqlandırılan nailiyyətlərdən cəmi bir neçəsidir. Adı çəkilən tədbirdə altı ŞT ölkəsindən, DG NEAR və EU4Business Katibliyindən proqram üzrə 60-a yaxın maraqlı tərəf iştirak edib.
EU4Business sözügedən hesabatın təqdimatı və sərmayə mühitinə xüsusi diqqət yetirməklə ŞT ölkələrində biznes mühitinin yaxşılaşdırılması yollarına həsr olunan müzakirənin keçirilməsi vasitəsilə diqqəti panelin səhər sessiyasına yönəldib.
EU4Business 20 tərəfdaş vasitəsilə həyata keçirilmiş və ümumi həcmi 2 milyard avroya bərabər kreditlərin verilməsi ilə nəticələnmiş 348 milyon avro dəyərində Aİ öhdəliyi ilə 43 layihə portfelini əhatə edir.
Nailiyyətlərin təqdimatı
Hesabatın təqdimatına EU4Business təşəbbüsünün dörd məqsədinin hamısını əhatə edən cari nailiyyətlərin təhlili, o cümlədən bu ilin əvvəlində altı ŞT ölkəsinin hamısında baş tutan milli müşavirələrin təqdimatları və proqram çərçivəsində maliyyə məhsullarından yararlanan KOM-lar arasında keçirilən sorğunun nəticələri daxildir.
Tədbiri açan və ona moderatorluq edən Avropa Komissiyası DG NEAR-in bölmə rəhbəri Matye Buske benefisiar ölkələrdə məşğulluğu və ixracı artırmağa yönəlmiş DHATZ ticarət sazişləri daxil olmaqla, regionun və müxtəlif uyğunlaşdırma proseslərinin prioritet kimi seçildiyini vurğulayıb.
Nailiyyətlərin təqdimatına rəhbərlik edən EU4Business Katibliyinin Qrup lideri Culiya Jarova diqqəti proqramın altı ŞT iqtisadiyyatının hamısına yeni iş yerləri, bilik və bacarıqlar, bazarlara çıxış və təkmilləşdirilmiş normativ-hüquqi bazanı ötürən Şərq Tərəfdaşlığı üçün Aİ-nin qarşıya qoyduğu 2020 praktiki nəticələr çərçivəsində olan hədəflərlə eyni səviyyədə və ya onları qabaqladığını göstərən mühüm fəaliyyət göstəricilərinə ayırıb.
2018 ci il üzrə hesabatda işıqlandırılan EU4Business təşəbbüsünün mühüm nailiyyətləri arasında aşağıdakılar var:
- 2016 - 2017-ci illəri əhatə edən dövrdə proqram çərçivəsində 10 mindən artıq KOM-a kredit verilmiş və 2009 - 2017-ci illər ərzində kredit alan KOM-ların sayı 66 mindən artıq olmuşdur.
- 2016 - 2017-ci illər ərzində EU4Business təşəbbüsü çərçivəsində 1500-dən artıq KOM məsləhət xidmətindən yararlanıb və 2009 - 2017-ci illəri əhatə edən dövrdə dəstək verilən KOM-ların sayı 3 mini ötmüşdür.
- 2016 - 2017-ci illəri əhatə edən dövrdə KOM-lara ödənilən kreditlərin dəyəri 593 milyon avrodan artıqdır və 2009 - 2017-ci illər ərzində ödənilən kreditlərin ümumi dəyəri 1,96 milyard avronu ötmüşdür.
- 2016 - 2017-ci illər ərzində EU4Business təşəbbüsü çərçivəsində təxminən 8 400 adam təlim və ya mentorluq xidmətindən yararlanıb və 2016 - 2017 -ci illər ərzində 20 665 adam EU4Business təşəbbüsü çərçivəsində tədbirlərdə iştirak edib və nəticədə 2009 - 2017 -ci illəri əhatə edən dövrdə bu rəqəmlər müvafiq olaraq 11 min və 27 min təşkil etmişdir.
- Siyasət strategiyaları və hüquqi islahatlar üzrə təkliflər nəticəsində çoxu 2016 - 2017-ci illərdə olmaqla, 2009 - 2017-ci illəri əhatə edən dövrdə 129 qanun layihəsi hazırlanmış və 50 yeni qanun qəbul edilmişdir.
- 50%-dən çoxu 2016 - 2017-ci illərdə olmaqla, EU4Business təşəbbüsünün icra olunmağa başlandığı gündən etibarən KOM-lara aid təxminən 87 min iş yeri qorunub saxlanılmış və 28 mindən artıq yeni iş yerləri yaradılmışdır.
Kreditdən yararlanan benefisiarlar arasında KOM-lara dair sorğu
EU4Business kreditlərindən yararlanan 130 benefisiar arasında EU4Business Katibliyi tərəfindən 2018-ci ildə aparılan KOM-lara dair sorğu göstərmişdir ki, götürülən kreditlər aşağıdakılar daxil olmaqla, dövriyyə və məşğulluğa müsbət təsir göstərmişdir:
- Şirkətlərin 72%-ə yaxını dövriyyənin artdığını, onların üçdə biri isə dövriyyənin 25%-dən çox artdığını qeyd etmişdir.
- İxrac edən şirkətlərin 47%-i aldıqları kreditlərin hesabına ixracların artdığını müşahidə edib.
- Benefisiar şirkətlərin 34%-i yeni iş yerlərinin yaradılmasında 25%-ə qədər artım, digər 14% isə məşğulluğun səviyyəsində 25%-ə qədər artım əldə edib.
Təqdimatları şərh edən ŞT ölkələrinin nümayəndələri proqram çərçivəsində faydaların ötürülməsi sahəsində yaranan mühüm çətinliklərin aradan qaldırılması istiqamətində göstərilən səylər haqqında iştirakçılara qısa məlumat verərək dövlət sektorunun bir neçə qabaqcıl təşəbbüslərini vurğulayıblar. Hazırda bu ölkələrin hamısında əsasən İqtisadiyyat Nazirliklərinin nəzdində milli strategiyalar və fəaliyyət planlarına uyğun olaraq KOM-lara dair işlərlə məşğul olan KOM-ların inkişafı agentlikləri fəaliyyət göstərir.
Bütöv ŞT regionunun gender bərabərliyi sahəsində geridə qaldığı nəzərə alınaraq, tədbirdə nümayəndə heyətlərinə gender bərabərliyinə dair məsələnin siyasətlərə daxil edilməsi təklif olunub.
Biznes mühitin yaxşılaşdırılması
EU4Business təşəbbüsünə dair müzakirələrə həmçinin siyasətə dair işlər və təkmilləşdirilmiş normativ-hüquqi bazanın yerli və xarici investisiyalara verə biləcəyi faydalar vasitəsilə biznes mühitin yaxşılaşdırılmasına dair İƏİT tərəfindən yenilənmiş məlumatlar daxil edilib. Bu cür hərtərəfli investisiyaların hansı formada cəlb olunduğunu göstərmək üçün Azərbaycan modeli geniş müzakirə olunub.
Sonra "CheczInvest" strateji investisiya siyasəti kimi yanaşmalar vasitəsilə Çexiya Respublikasında əldə olunan nailiyyətlər haqqında təqdimat keçirib. Gürcüstan nümayəndəsi "Enterprise Georgia"-nın eyni istiqamətdə, xüsusilə turizm sektoru sahəsində göstərdiyi səylərdən söhbət açıb.
Tədbirin günorta sessiyasında əsasən turizm sektoru müzakirə edilib və ölkə nümayəndələri turizmin dayanıqlı inkişafına şərait yaratmaq məqsədilə KOM-lara verilən dəstəyə və görülən tədbirlərə toxunublar. Son sessiyada yerli iqtisadiyyatın inkişafının faydaları və KOM-ların inkişafında gözəçarpan nəticələrin əldə olunmasında həm milli, həm də digər səviyyələrdə paralel strateji yanaşmanın əhəmiyyəti təhlil edilib.
Görüş ŞT ölkələrinin iqtisadi baxımdan inkişafına dəstək verilməsində EU4Business təşəbbüsünün hədəfləri düzgün seçdiyini və 2020-ci il üçün praktiki nəticələrin reallıq nəzərə alınmaqla müəyyən edildiyini vurğulayan Avropa Komissiyasının qiymətləndirməsi ilə yekunlaşıb. Tədbirin gündəliyində olan bütün prioritet məsələlər və ölkələrin islahatlara dair götürdüyü öhdəliklər üzrə işlər uğurla davam etdirilir.