Rəqəmsal texnologiyaların mühasibat uçotuna təsiri: STAREP proqramı çərçivəsində keçirilən seminar qarşıda duran vəzifələri təhlil edib

Ermənistan Azərbaycan Gürcüstan Moldova Ukrayna
Rəqəmsal texnologiyaların mühasibat uçotuna təsiri: STAREP proqramı çərçivəsində keçirilən seminar qarşıda duran vəzifələri təhlil edib

28-29 noyabr tarixlərində Vyanada keçirilən iki günlük seminarda Aİ-nin Şərq Tərəfdaşlığı və Qərbi Balkan ölkələrində maliyyə hesabatlılığı təcrübəsinin gücləndirilməsini dəstəkləyən STAREP, EU-REPARİS və PULSAR kimi üç regional proqramın nümayəndələri iştirak edib. 

STAREP EU4Business təşəbbüsünün Şərq Tərəfdaşlığı ölkələrində "Audit və Hesabatlılığın Gücləndirilməsi" proqramıdır.

Seminarın əsas məqsədi, süni intellekt, robot texnologiyası, məlumatlar haqqında elm və digər rəqəmsal texnologiyalardan istifadə etməklə bütün sahələrə sürətli dəyişikliklər gətirən "Dördüncü sənaye inqilabının" mühasibatlıq peşəsinə təsirini müzakirə etməkdən ibarət olub. Adı çəkilən seminarda həmçinin mühasibatlıq peşəsinin üzləşdiyi mühüm vəzifələr, o cümlədən Tesco, Carillion və Petrobas kimi şirkətlərdə qeydə alınan maliyyə hesabatlılığı ilə bağlı davamlı uğursuzluqlar müzakirə edilib. 

Seminarın ilk günü həm dövlət, həm də özəl sektorda maliyyə hesabatlılığı ilə məşğul olan mütəxəssis və təcrübəçi icmalarının nümayəndələri dövlət və korporativ hesabatlılıq sahəsində islahatların həyata keçirilməsində oxşar çətinliklərlə üzləşən yurisdiksiyaların bu sahədə təcrübəsini bölüşüblər.

Texnologiyaların biznes, dövlət və korporativ maliyyə hesabatlılığına təsirini nümayiş etdirən təqdimatlar və müzakirələr və maraqlı tərəflər arasındakı əlaqələr iştirakçılar tərəfindən təqdirəlayiq hesab edilib. Sessiyada yeni texnologiyaların tətbiqinin adı çəkilən peşəyə faydaları, eləcə də riskləri tədqiq edilib. Tədbir iştirakçıları korporativ maliyyə hesabatlılığının və audit təcrübəsinin yenidən nəzərdən keçirilməsi və onların rəqəmsal texnologiyalar səbəbindən yaranan vəzifə və imkanlara, xüsusilə də süni intellekt və blokçeyn texnologiyasına uyğunlaşdırılmasının əhəmiyyətinə dair razılığa gəliblər.

Qarşıda duran vəzifələrin öhdəsindən gəlmək və gələcəyə hazır olmaq məqsədilə mühasibatlıq peşəsinin rolunu dəyişdirmək üzrə panel müzakirələrdə iştirakçılara bu peşənin hansı formada inkişafına dair müxtəlif perspektivlər təqdim edilib.

Seminarda özəl və dövlət sektorunda korporativ və dövlət maliyyə hesabatlılığı sahəsində qeydə alınan uğursuzluq nümunələri nəzərdən keçirilib və iştirakçılar maliyyə hesabatlılığı və audit nəzarəti baxımından mümkün fəsadları müzakirə ediblər. 

Onlar tematik araşdırma və dövlət müəssisəsinin real həyatdakı nümunəsi üzərində birgə işləyərək maliyyə nəzarəti, korporativ idarəetmə mexanizmləri, daxili idarəetmə alətləri, hesabatlılıq, şəffaflıq və maliyyə risklərinin idarə edilməsi daxil olmaqla, idarəetmənin aspektlərini təhlil ediblər.

Seminarın ikinci günündə STAREP və EU-REPARIS regional proqramlarını təmsil edən iştirakçılara, ictimai nəzarət orqanlarının müəyyən funksiyalarının və öhdəliklərinin peşəkar mühasibatlıq təşkilatlarına (PMT-ları) verilməsi ilə bağlı təcrübəni, o cümlədən Böyük Britaniyanın Maliyyə Hesabatlılığı Şurasının keyfiyyət təminatı sisteminin yaradılması ilə əlaqədar təcrübəsini öyrənmək imkanı yaradılıb.

Nəhayət, seminarda STAREP proqramına üzv ölkələrdə aparılan irəliləyişləri qiymətləndirən mühasibat uçotu və audit sahəsində islahatların yeni nəticələri təqdim edilib və STAREP və EU-REPARIS proqramlarının iştirakçılarına 2013-2018-ci illər arasında Dünya Bankının Maliyyə Hesabatlılıq İslahat Mərkəzinin (MHİM) dəstəyi ilə əldə edilmiş əsas nəticələrə toxunaraq nəticələr sisteminin üstünlüyünü nəzərdən keçirmək imkanı yaradılıb.

Bir çox STAREP ölkələrinin mühasibatlıq və audit sahəsində yeni qanunvericilik qəbul etməklə gözəçarpan irəliləyiş əldə etməsinə baxmayaraq, bu qanunları təcrübədə tətbiq etmək və lazımi bacarıqların formalaşdırılması qarşıda duran növbəti çətin vəzifədir.

EU4Business təşəbbüsünün STAREP proqramı (Audit və Hesabatlılığın Gücləndirilməsi) Dünya Bankının Maliyyə Hesabatlılıq İslahatları Mərkəzi tərəfindən Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynada həyata keçirilən və Aİ tərəfindən maliyyələşən bir regional proqramdır. STAREP proqramı iştirakçı ölkələrə korporativ maliyyə hesabatlılığı üzrə layihələri müasirləşdirməyə və bu layihələri səmərəli şəkildə icra edən yerli institutların bacarıqlarını artırmağa kömək edir. 

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm