Beynəlmiləlləşmə və səriştəli mütəxəssislərə olan ehtiyac Şərq Tərəfdaşlığı ölkələrində kiçik və orta ölçülü müəssisələrin qarşılaşdığı ən mühüm iki problemdir. Aİprinsipləri ilə iqtisadi uzlaşmaya dair2-ci Platformanın 17-ci iclası 18 may 2017-ci il tarixində Brüsseldə keçirilmişdir.
2-ci Platforma Şərq Tərəfdaşlığı ölkələri ilə Aİ arasında iqtisadi inteqrasiyanın təkmilləşdirilməsi üçün fəaliyyət göstərir və biznes potensiallarını yaxşılaşdırmaq üçün müvafiq Aİ prinsipləri ilə uzlaşmaqda Şərq Tərəfdaşlığı ölkələrinə köməklik edir.
Kiçik və orta ölçülü müəssisələrin (KOM) qarşılaşdığı çətinliklər
2-ci Platformanın 17-ci iclasının açılışı və səhər sessiyasına sədrlik Avropa Komissiyasının Daxili bazar, sənaye, sahibkarlıq və KOM-lar Baş İdarəsinin (DG GROW) direktoru Eric Mamer tərəfindən həyata keçirdi.
Cənab Mamer öz çıxışında Şərq Tərəfdaşlığı ölkələrinin iqtisadi və hüquqi tənzimləmə cəhətdən əldə etdikləri nailiyyətləri sadalayaraq, yerdə qalan çətinlikləri vurğuladı:
- maliyyə resurslarına çıxış
- normativ-hüquqi və siyasi islahatlar
- innovasiyanın aşağı səviyyədə olması
- KOM-lar üçün səriştəli mütəxəssis ehtiyacı
- beynəlmiləlləşmə (və ya biznesi xaricdə yeni bazarlara çıxara bilmə qabiliyyəti)
Aİ üzv dövlətlərinin (Çex Respublikası, Estoniya, Fransa, İrlandiya, Latviya, Litva, Polşa, Rumıniya və Slovakiya) işgüzar dairələri, vətəndaş cəmiyyətinin, beynəlxalq təşkilatların, Avropa İnstitutları və agentliklərinin nümayəndələri ilə yanaşı altı Şərq Tərəfdaşlığı ölkəsindən (Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Moldova və Ukrayna) 70-ə yaxın nümayəndə iclasda iştirak etdi.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndəsi Kiçik Biznesə Dəstək Aktında müəyyən edilmiş prinsiplərin Şərq Tərəfdaşlığı ölkələrində yerli KOM-ların fəaliyyətinə təsiri haqqında son tədqiqatı təqdim etdi.
Səriştəli mütəxəssis çatışmazlığına diqqət
Günorta sessiyası Şərq Tərəfdaşlığı ölkələri üçün müəyyən edilmiş əsas problemlərdən biri olan səriştəli mütəxəssislərin məşğulluq qabliyyətinə həsr olunmuşdu. Sonia Peressininin (Məşğulluq, İctimai Məsələlər və Cəlbetmə Baş İdarəsi) Avropa üçün səriştəli mütəxəssislərin yeni gündəliyi mövzusunda və Arjen Vosun (Avropa Təlim Fondu) Şərq Tərəfdaşlığı ölkələrində müvafiq vəziyyətə dair çıxışlarından sonra günorta sessiyası iki hissəyə bölündü: mütəxəssis ehtiyacının qabaqcadan görülməsi və müəssisələr və sahibkarlar üçün mütəxəssislər. İştirakçılar bu sualları kiçik qruplarda müzakirə etdilər.
Müəssisələr və sahibkarlar üçün mütəxəssislər mövzusunda çıxış edən Ukrayna nümayəndəsi Ukraynanın hazırlanmaqda olan yeni KOM strategiyasının mütəxəssislərə həsr olunmuş hissəsini təsvir etdi, Gürcüstandan olan gənc şərabçı sahibkar isə kənd təsərrüfatının inkişafı ilə bağlı təcrübələrini bölüşdü.