Aİ-nin Cənub-Şərqi Avropa üzrə Avropa Fonduna ayırdığı maliyyə yardımı yerli valyuta ilə kreditləşməni gücləndirəcək

Ermənistan Azərbaycan Gürcüstan Moldova Ukrayna
Aİ-nin Cənub-Şərqi Avropa üzrə Avropa Fonduna ayırdığı maliyyə yardımı yerli valyuta ilə kreditləşməni gücləndirəcək

Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (CŞAF) yerli valyutalarla kreditləşməni stimullaşdırmaq məqsədilə fondun strukturunun genişləndirildiyini elan edib. Avropa İttifaqının EU4Business təşəbbüsündən 44 milyon avro və Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Nazirliyindən (BMZ) 12 milyon avro həcmində maliyyə dəstəyinə əsaslanan yeni "L-səhmlər" xüsusilə Avropanın Şərq Qonşuluğu regionunda yerli valyuta ilə maliyyələşməni gücləndirmək məqsədilə istifadə olunacaq.

Bu səylərə əlavə olaraq Aİ CŞAF-ın "C-səhm" sinfinə 5 milyon avro həcmində maliyyə yardımı ayırıb. 61 milyon avro həcmində birgə maliyyələşmənin köməyilə valyuta mübadiləsi məzənnəsi ilə əlaqədar riskləri qarşılamaq və nəticədə mikro və kiçik müəssisələrdən (MKM-lər) və az gəlirli ev təsərrüfatlarından ibarət CŞAF-ın hədəf qrupunu valyuta mübadiləsi məzənnəsinin dəyişikliklərindən qorumaq və regionda dayanıqlı iqtisadi inkişafa töhfə vermək mümkün olacaq. 

Donorlar tərəfindən dəstəklənən "L-səhm" sinfi CŞAF-ın strukturunda əvəzolunmaz kapital qatını təşkil edir. "L-səhmlərdən" əvvəl CŞAF xarici hedcinqlərin və ya məqsədyönlü sərmayə ayırmalarının mövcudluğu şərtilə hər bir konkret hal üzrə yerli valyutalarla kreditləşməni asanlaşdırmışdır. İnvestisiya obyektlərinə öz yerli valyutalarında kreditlərin verilməsini asanlaşdırmaq üçün sözügedən maliyyə dəstəyinin yeni hissəsi CŞAF-ın bazara əsaslanan aləti ilə həmin fəaliyyətləri tamamlayacağı gözlənilir. 

CŞAF-ın İdarə Heyətinin sədri Kristof Tiskens bu sözləri deyib: "Avropa İttifaqı və BMZ ən başından CŞAF-ın mühüm tərəfdaşlarıdır. Onların töhfələri sayəsində Cənub-Şərqi Avropada və Şərq Qonşuluğu regionunda bölgə iqtisadiyyatının özülü hesab edilən sahibkarlara davamlı dəstək vasitəsilə biznesin inkişafını və məşğulluğu təşviq etmək üçün fondun missiyasına dəstək verərək bizim indi həm investisiya obyektlərini, həm də investorları valyuta məzənnələrində müşahidə olunan enmələrdən və qalxmalardan qoruyacaq möhkəm mexanizmimiz var". 

"EU4Business təşəbbüsü regionda fəaliyyət göstərən mikro, kiçik və orta müəssisələrə hədəfli dəstək təmin etməklə Şərq Qonşularımızın iqtisadiyyatının gücləndirilməsinə yönəlmişdir," - deyə Avropa Qonşuluq Siyasəti və Genişlənmə Məsələləri üzrə baş direktorunun müavini Katarina Mathernova bildirib. "Həmin müəssisələrə öz valyutalarında maliyyə xidmətləri göstərmək üçün yerli maliyyə sektorunun bacarıqlarının artırılması həm təşkilati, həm də fərdi səviyyədə dayanıqlı inkişafa töhfə vermək deməkdir. CŞAF olaraq bizim mütəxəssis kimi fəaliyyət göstərən tərəfdaşımız əsasən bu təsiri yaratmağa və Aİ-nin Şərq Tərəfdaşlığı siyasətinin iki əsas elementini, yəni iqtisadi inkişaf və qurumların gücləndirilməsini reallaşdırmağa kömək etməyə uyğun gəlir".

BMZ-nin Yaxın Şərq, Asiya, Latın Amerikası və Cənub-Şərqi və Şərqi Avropa üzrə Baş direktoru Klaudia Vorninq qeyd edib: "Uzun illərdir CŞAF və BMZ Cənub-Şərqi Avropada və Şərq Qonşuluğu regionunda yerli valyuta ilə maliyyələşmə daxil olmaqla, iqtisadi inkişafı və məşğulluğu gücləndirmək üçün əl-ələ verərək çalışmışdır. Məsələn, 2016-cı ildə Ukraynada yerli valyuta ilə kreditləşməyə dəstək məqsədilə ayrılan BMZ-nin məqsədyönlü maliyyə yardımı nəticəsində həmin ildən etibarən 2600-dən artıq sahibkara 136,5 milyon avro dəyərində yerli valyuta ilə kreditlər verməyə şərait yaratmışdır. Hazırda yerli maliyyə sistemlərini və müəssisələri qoruyan mübadilə məzənnəsi ilə əlaqədar risklərin nəzərə alınması sisteminin yaradılmasına kömək etməklə regional səviyyədə biznesin sabit inkişafına təkan vermək üçün yeni "L-səhm" sinfinin yaradılması bizim üçün daha bir innovativ imkan rolunu oynayır."

CŞAF haqqında
Dünyada inkişafı maliyyələşdirən ən böyük fondlardan biri kimi Cənub-Şərqi Avropa üzrə Avropa Fondunun məqsədi əsasən mikro və kiçik müəssisələrin (MKM-lər) və fərdi ev təsərrüfatlarının həyat şəraitinin yaxşılaşdırılması yolu ilə Cənub-Şərqi Avropada və Şərq Qonşuluğu regionunda iqtisadi inkişaf və rifaha şərait yaratmaqdır. Bu seqmentin inkişaf etməsində maliyyə xidmətləri mühüm rol oynadığı üçün CŞAF yerli maliyyə sektorlarına bu hədəf qrupu üzrə etibarlı maliyyələşmə təmin etmək imkanlarını gücləndirməyə kömək edir. Yerli tərəfdaşlar vasitəsilə investisiya fəaliyyəti ilə yanaşı, CŞAF, sahibkarlara və qurumlara texniki dəstək, təlim və digər qeyri-maliyyə xidmətləri təmin edən CŞAF İnkişaf Mexanizmi vasitəsilə öz təsirini artırır.

CŞAF Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Nazirliyi (BMZ) və Avropa Komissiyasının maliyyə dəstəyi ilə KfW İnkişaf Bankının təşəbbüsü ilə yaradılmışdır. Öz növündə ilk ictimai fərdi tərəfdaşlıq olan CŞAF, donor təşkilatlarından, beynəlxalq maliyyə təşkilatlarından və özəl investisiya fondlarından sərmayə cəlb edir. 

EU4Business

EU4Business təşəbbüsü, Aİ, ona Üzv Ölkələr və altı tərəfdaş ölkəni (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) bir araya gətirən Şərq Tərəfdaşlığı regionunda Aİ-nin kiçik və orta müəssisələrə (KOM-lar) göstərdiyi dəstəyi əhatə edir.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm