You are using an outdated browser. Please upgrade your browser to improve your experience.
Yuxarı

Şərq Tərəfdaşlığı Proqramına üzv olan altı ölkə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Avrasiya regionun üzvləridir və onlar 22-24 noyabr tarixlərində Parisdə keçirilmiş 3-cü İƏİT Avrasiya həftəsində iştirak etmişedibllər. Bu ölkələrin hamısı Avrasiya Rəqabətlilik Proqramı üzrə dəyirmi masanın üzvüdür və onlar həm də Paris həftəsi zamanı bir araya gəldilər. Bu proqram öz iqtisadiyyatlarını gücləndirmək üçün islahatları icra etməklə ölkələr tərəfindən əldə edilmiş tərəqqinin barometri kimi fəaliyyət göstərir.

2000 -2015-ci illər arasında EU4Business proqramındakı Şərq Tərəfdaşlığı Proqramına üzv olan altı ölkəni özündə ehtiva edən Avrasiya regionunda adambaşına düşən Ümumi Daxili Məhsul (ÜMD) iki dəfədən çox artmış və islahatların irəliləməsi nöqteyi-nəzərindən bir çox Avrasiya ölkələri Dünya Bankının ən sonuncu Doing Business hesabatında əla nəticələr göstərmiş ölkələr kimi seçilənlər arasında olmuşdur. İƏİT Baş -katibi Angel Gurria 22 noyabr tarixində Parisdə keçirilən İƏTİ-in Avrasiya Həftəsində açılış nitqinə bu müsbət fikirlə başlamışdır.

Cənab Gurria bildirdi ki, "Regionda olan bütün ölkələr bu il biznesi nizamlayan islahatlar həyata keçirmış və eyni zamanda onlardan üçü ən yaxşı nəticələr göstərmiş on ölkə arasında olmuşdur." "Bundan əlavə əhəmiyyətli dərəcədə müxtəlifliyə baxmayaraq Avrasiya ölkələri vacib rəqabətlilik üstünlüklərindən, o, cümlədən əsas bazarlara yaxınlıqdan, demək olar ki, universal olan savadlılıqdan faydalanırılar və onların bir neçəsi təbii ehtiyatlarla zəngindirlər" o, əlavə edir.

Bununla belə ölkələrin məruz qaldığı "əhəmiyyətli və davamlı şokların", məsələn, əmtəələrin qiymətinin düşməsi, Rusiya və Çində inkişafın ləng getməsi kimi çətinliklərin öhdəsindən gəlmək üçün hələ də görüləsi çox iş var. "Avrasiya ölkələrinin bəzilərində iqtisadiyyatın çiçəklənməsi üçün həlledici olan pul köçürmələri də kəskin şəkildə düşmüş və biz valyuta dəyərsizləşməsi, ləng sərmaye yatırımı və istehlakın azalmasını demək olar ki, bütün region boyu müşahidə etmişik."

O, bildirmişdir ki, bu cür çətinliklər fonunda bir çox Avrasiya ölkəsi inkişaf etməküçün əsas sayılan sahələrdə struktur islahatları,effektiv və innovativ siyasəti təbliğ etməyə davam etmək məqsədilə öz səylərini ikiqat artırmaq məcburiyyətində olmuşdur.

Lakin region son onilliklər ərzində dünya iqtisadiyyatına daha çox inteqrasiya etmiş və islahat prioritetlərinin özəyində "qarşılıqlı əlaqə" durur" deyərək o, əlavə etdi: İnfrastruktur nöqteyi nəzərindən bu "möhkəm qarşılıqlı əlaqə", lakin açıq ticarət siyasəti və nisbətən az ağrılı sərhəd formallıqları baxımından "mülayim qarşılıqlı əlaqə" deməkdir. Cənab Gurria vurğuladı ki, regionla əlaqə daha yaxşı qurulduqda daha böyük rəqabətlilik, əmək bazarı islahatları və yaşıl iqtisadiyyat daha çox önəm daşıyan sahələr olacaqdır.

Rəqabətlilik Dəyirmi Masası İƏİT üzv ölkələri və Avrasiya tərəfdaş ölkələri arasında birgə platforma kimi İƏİT Avrasiya Rəqabətlilik Proqramı çərçivəsində ekspert qiymətləndirməsini həyata keçirmək üçün 2013-cü ildə təsis olunmuşdur.

İƏİT Avrasiya həftəsi ərzində biznesin inkişafı xidmətləri üçün dayanıqlı bazar vasitəsilə kiçik və orta ölçülü müəssisələrin bacarıqlarını gücləndirmək üçün ən son islahatları ekspertlərin qiymətləndirməsinə təqdim etmək Belarusun növbəsi idi. Bu arada kiçik və orta ölçülü müəssisələrin maliyyə resurslarına və biznesin inkişaf xidmətlərinə çıxışını yaxşılaşdırmaq üçün Moldavanın səyləri İƏİT ekspertləri tərəfindən "monitorinqə" məruz qalmşdır. Bu monitorinq ilkin qiymətləndirmə və tövsiyələrdən üç il sonra yoxlamaların yenidən aparılmasından ibarətdir.

Ən son Xəbərlər
az
18.03.2024
Avropa İttifaqı Azərbaycanın kənd yerlərində xüsusilə qadınların iştirakı ilə yeni sahibkarlıq müəssisələrin yaradılmasına fəal şəkildə dəstək verir. Aİ-dən maliyyə dəstəyi almaq üçün Bakıda olmaq, ali təhsilli olmaq və ya biznesə sahib olmaq tələb olunmur.
az
02.02.2024
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın dövlət yük və sərnişin daşımaları şirkəti olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO) şirkətinə 42 milyon dollar (38,71 milyon avro) məbləğində kredit verib.
az
05.09.2022
EU4Business, ölkələr üzrə keçən ilin əsas nəticələrinin icmalını əks etdirən Azərbaycan üçün Vətəndaşların Xülasəsi 2022-ni dərc etmişdir.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm