100-dən artıq şəhər "İqtisadi artımın bələdiyyə rəisləri" layihəsinə qoşulub

Ermənistan Azərbaycan Gürcüstan Moldova Ukrayna
100-dən artıq şəhər "İqtisadi artımın bələdiyyə rəisləri" layihəsinə qoşulub

İyunun 20-də Kiyevdə daha 20 Ukrayna şəhəri üçün imzalanma mərasiminin keçirilməsi ilə Şərq Tərəfdaşlığı ölkələri arasında İqtisadi artımın bələdiyyə rəisləri (M4EG) təşəbbüsünə qoşulan yerli orqanların sayı 100-ü ötüb keçdi.

Milli hökumətlər, o cümlədən yerli orqanlara aid assosiasiyaların, Avropa Komissiyası yanında DG NEAR və DG REGİO, Aİ ölkə nümayəndəlikləri və Dünya Bankının nümayəndələrinin iştirak etdiyi sözügedən imzalanma mərasimi, M4EG üçün Rəhbər Qrupun ilk görüşü ərəfəsində Kiyev şəhər icra hakimiyyətinin binasında keçirilib.

Altı Şərq Tərəfdaşlığı ölkəsində davamlı iqtisadi inkişafı təşviq edən və 10 milyon avro dəyərində olan M4EG təşəbbüsü 2016-cı ilin oktyabrında həyata keçirilməyə başlanılmışdır. Onun ümumi məqsədi, Şərq Tərəfdaşlığı ölkələrində bələdiyyə başçıları və bələdiyyələrin iqtisadi inkişaf və yerlərdə iş yerlərinin yaradılması üçün vasitəçi olmalarına dəstək verməkdir.

2017-ci ilin yanvar ayından etibarən M4EG Katibliyi vasitəsilə Şərq Tərəfdaşlığı şəhərləri üçün texniki yardım göstərilir Layihənin ilk nəticəsinə İqtisadi Artımın Bələdiyyə Rəisləri Konsepsiyasının inkişafı və onun bütün üzv ölkələr arasında yayılması daxildir.

Müstəqil şəkildə yerli iqtisadi inkişafı stimullaşdırmaq, yerli miqyasda ilhamlanan texnologiyaları inkişaf etdirmək və onları M4EG Katibliyinin təlimat və dəstəyi ilə həyata keçirmək məqsədilə M4EG təlimat prinsiplərinə əməl etməyə hazırdırlarsa, yerli inzibati orqanlar və bələdiyyə başçıları İqtisadi Artımın Bələdiyyə Rəisləri təşəbbüsünə üzv olmağa dəvət olunur.

Yerli İqtisadi İnkişaf Planlarına konkret hansı fəaliyyətlərin daxil edildiyini göstərməyə yönələn pilot layihələri maliyyələşdirmək üçün aprel ayında Təkliflər Müsabiqəsi həyata keçirilməyə başlanılmışdır. 2017-ci il may ayının 31-də başa çatan "İqtisadi Artımın Bələdiyyə Rəisləri tərəfindən Pioner Layihələri" üzrə Təkliflər Müsabiqəsi üçün bölgədən ümumilikdə 164 ərizə qəbul olunub.

Təşəbbüs haqqında ətraflı öyrənin.

Təkliflər müsabiqəsi haqqında ətraflı öyrənin.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm