Fəaliyyətlər üzrə Ümumi Hesabata görə, 2009-cu ildən həyata keçirilməyə başlayan EU4Business layihələri çərçivəsində 10 mindən artıq yeni iş yerləri yaradılıb.
Mayın 17-də Brüsseldə EU4Business təşəbbüsünün 1-ci Baş Assambleyasında təqdim olunan hesabat göstərir ki, təşəbbüs çərçivəsində KOM-larda daha 93 min iş yeri biznes məsləhətləri vasitəsilə dəstəklənib.
Sonrakı nailiyyətlər
2009-2016-cı illərə aid digər dərin təsir bağışlayan nəticələrə daxildir:
- Təxminən 100 min müəssisəyə ümumi dəyəri 1.5 milyard avro olan 190 min sub-kreditlər verilib.
- Altı ölkədə siyasət strategiyaları və hüquqi islahatlar ilə bağlı təxminən 40 təklif irəli sürülmüşdür.
- Ətraf mühit yönümlü layihələrin hesabına havaya buraxılan CO2-nin miqdarı hər il 172444 ton azaldılıb və təxminən hər il 820 min meqavatt saat enerjiyə qənaət olunub.
Təkmilləşdirilməli sahələr
Lakin, daha çox işin görülməsinə ehtiyac olan sahələr qalmaqdadır:
- Korrupsiya, əlverişsiz vergi siyasəti və gömrük prosedurları hələ də KOM-ların inkişafını ləngidir.
- Real iqtisadiyyatın davamlı maliyyələşdirilməsini təmin etmək məqsədilə daha əlverişli biznes mühiti və maliyyə infrastrukturuna ehtiyac var.
- KOM-ların maliyyə vəsaitlərinə çıxışına zəmanət verən təşkilat və orqanlar gücləndirilməlidir.
- Şirkət təsis etməyin üstünlükləri və sahibkarlıq haqqında biliklərin artırılmasına ehtiyac var.
Adı çəkilən hesabat altı ölkə üzrə milli hesabatlardakı məlumat və informasiyalara əsaslanır.
EU4Business çərçivəsində həyata keçirilən layihələrin sayı artmaqda davam edir və 330 milyon avro dəyərində olan maliyyə öhdəliyinə uyğun olaraq, 2017-ci ildə 25-ə qədər davam edən, altı planlaşdırılan və dörd tamamlanan layihə var. Bu, 2015-ci ildə həyata keçirilən 17 layihə (198 milyon avro) ilə müqayisə edilir.