21 iyun 2017-ci il, Kiyev şəhəri
Avropa İttifaqının maliyyələşdirdiyi East Invest layihəsinin yekun konfransında iştirak etmək üçün Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Avropa İttifaqına üzv dövlətlərdən 100-dən artıq biznesə dəstək təşkilatlarının (BDT-lər) nümayəndələri bu gün Kiyevə toplaşıblar. İştirakçılar Şərq Tərəfdaşlığı ölkələrində (ŞT) qanunvericiliyin formalaşdırılmasında özəl sektorun iştirakını müzakirə edib və bütün bölgə üzrə East Invest layihəsi ilə bağlı KOM-lar və BDT-lərin uğur hekayələrini/nailiyyətlərini nümayiş etdiriblər.
İşgüzar dairələrin nümayəndələri, KOM-lar sektoru üçün işgüzar mühiti yaxşılaşdırmaq məqsədilə xüsusən altı Şərq tərəfdaş ölkəsinin qanunvericiləri və daha geniş donor cəmiyyəti üçün tövsiyələrdən ibarət regional mövqeyə dair sənədi təsdiq edib. Maraqlı tərəflərin müəyyənləşdirdiyi səciyyəvi mövzulara KOM-ların fəaliyyətinə ən böyük təsiri ilə seçilən işgüzar mühit, innovasiya, KOM-ların bazarlara çıxışı, maliyyə və bacarıqlar, o cümlədən vergi qoyma və gömrük prosedurları daxil idi. Tədbirdə bütün bu sahələrdə rəqəmsal həllərin daha geniş istifadəsi vurğulanıb. Regional mövqeyə dair sənəd, East Invest 2 biznes təşkilatları şəbəkəsinin 2017-ci ilin oktyabr ayında Tallində baş tutacaq 4-cü ŞT Biznes Forumuna töhfəsi olacaq.
Konfransın açılış iclasında çıxış edən Aİ-nin Genişlənmə Məsələləri və Qonşuluq Siyasəti üzrə Baş Direktoratının nümayəndəsi Matye Buske bildirib: "2010-cu ildən başlayan East invest layihəsi, Aİ və Şərq Tərəfdaşlığı ölkələrinin özəl sektor nümayəndələri arasında zəngin şəbəkənin uğurlu şəkildə yaranması və genişlənməsinə imkan yaratmışdır. Hazırda bu şəbəkə, Aİ daxil olmaqla, onların hökumətləri ilə yanaşı, daha geniş donor cəmiyyətinə işgüzar mühitin yaxşılaşdırılması ilə bağlı həm narahatlıq, həm də tövsiyələrini çatdıran regional mövqeyə dair sənədin möhkəmlənməsinə nail olmuşdur. Sonuncu Şərq Tərəfdaşlığı Sammitinin deklarasiyası, o cümlədən "2020-ci il üçün 20 praktiki nəticədə" təsdiq olunduğu kimi, iqtisadi inkişaf, eləcə də özəl sektorun bazar imkanları üçün şəraitin yaxşılaşdırılması, ŞT regionu üzrə Aİ-nin əsas prioritetlərindəndir. Biz əminik ki, bu regional mövqeyə dair sənəd, 2017-ci ilin payızında və daha sonra keçiriləcək növbəti ŞT Biznes Forumu və Şərq Tərəfdaşlığı Sammitinə aparan yolda qanunvericilər üçün faydalı təlimat rolunu oynayacaq.
EUROCHAMBRES-in nümayəndəsi Dirk Vantıim və UAPME-nin nümayəndəsi Luk Hendriks işgüzar mühitin yaxşılaşdırılmasının hər bir ŞT ölkəsində güclü özəl sektorun yaradılması üçün həyati vacib olduğunu xatırladıblar.
Konfransın sonunda, Avropa İttifaqının Ukraynadakı Nümayəndəliyinin rəhbəri səfir Hugues Mingarelli diqqətə çatdırmışdır: "Aİ-nin maliyyələşdirdiyi East Invest layihəsi, ŞT regionunda fəaliyyət göstərən biznesə dəstək təşkilatlarına milli hökumətlər üçün həyat qabiliyyətli həmsöhbətə çevrilməyə kömək etmişdir. Bölgədəki işgüzar mühiti yaxşılaşdırmaq məqsədilə biz EU4Business təşəbbüsü çərçivəsində müxtəlif fəaliyyətləri dəstəkləməyə davam edəcəyik."
Tarixçə
East Invest 2 layihəsi, Aİ-nin EU4Business təşəbbüsü çərçivəsində maliyyələşdirdiyi layihədir və 2014-cü ilin sentyabr ayından həyata keçirilməyə başlamışdır. Onun ümumi məqsədi, Şərq Tərəfdaşlığı (ŞT) ölkələrində (Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna) əlverişli iqtisadi mühitin və rəqabətə dözümlü özəl sektorun yaranmasına dəstək, eyni zamanda bölgədə və Aİ ilə ticarət axınları və investisiyaları gücləndirməkdən ibarətdir.
East Invest 2 layihəsi altı Şərq Tərəfdaşlığı ölkəsində fəaliyyət göstərən Biznesə Dəstək Təşkilatları və KOM-larla çalışır.
2016-cı il iyul ayında Kiyevdə keçirilən nazirlərin qeyri-formal görüşü üçün East Invest PPD fəaliyyəti çərçivəsində deklarasiya layihəsindən istifadə olunaraq, qanunvericilər üçün tövsiyələrdən ibarət Regional Mövqeyə Dair Sənədin (RMS) hazırlanması prosesinə 2016-cı ilin oktyabr ayında baş tutan İllik East Invest 2 konfransında start verilmişdir. Bu proses, dövlət və özəl sektor arasında dialoq (PPD) üçün milli vasitəçilər və həm Aİ, həm də ŞT ölkələrindən olan mütəxəssislərin dəstəklədiyi təxminən 200 Özəl Sektor Təşkilatlarının (Biznes Assosiasiyaları) iştirakı ilə baş tutan East Invest 2 dövlət və özəl sektor arasında dialoq fəaliyyəti çərçivəsində 2016-cı ilin noyabr ayından 2017-ci ilin may ayında qədər davam etdirilmişdir.