Azərbaycanın qeyri-neft istehsal sahəsini inkişaf etdirməyə yönəlmiş layihə həyata keçirilməyə başlanmışdır

Azərbaycan
Azərbaycanın qeyri-neft istehsal sahəsini inkişaf etdirməyə yönəlmiş layihə həyata keçirilməyə başlanmışdır

Azərbaycan iqtisadiyyatının aparıcı qeyri-neft istehsal sahələrində rəqabəti inkişaf etdirmək məqsədi daşıyan ikiillik layihə 2017-ci il sentyabrın 20-də icra edilməyə başlanıb. Avropa İttifaqı tərəfindən maliyyələşən layihəni Latviya Ticarət və Sənaye Palatası həyata keçirir.

Layihədə neft və qaz bazarında aşağı istiqamətli tendensiya ilə bağlı problemin getdikcə daha da aktuallaşması baxımından iqtisadiyyatın inkişafı üzrə bazanı müxtəlifləşdirmək və genişləndirmək istiqamətində Azərbaycan hökumətinə dəstək verməkdir.

Layihənin əsas məqsədi neft sənayesi xaricində aparıcı istehsal sahələrini inkişaf etdirmək və bu sahələr üzrə dövlət və özəl sektor arasında dialoqu gücləndirməkdir.

Buna nail olmaq üçün layihədə dörd əsas sahə diqqət mərkəzində olacaq:

  1. Seçilmiş sahələrdə peşəkar biznes assosiasiyaları yaratmaq və fəaliyyətini təmin etmək
  2. İstehsal sənayesinin seçilmiş pilot sahələri üzrə əvvəlcədən texniki-iqtisadi əsaslandırmasını həyata keçirmək
  3. Bazar iqtisadiyyatının daha səmərəli fəaliyyət göstərməsini təmin etmək üçün müvafiq qanunvericiliyə dəyişikliklər təklif etmək
  4. Dövlət və özəl sektor arasında dialoqun inkişafı və yaxşı biznes təcrübəsi üçün dövlət və özəl maraqlı tərəflər arasında bacarıqları təkmilləşdirmək.

Layihə 560 min avro dəyərində büdcəyə malikdir və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə birgə icra olunur.

EU4Business maliyyə və bazarlara çıxışı yaxşılaşdırmaq, qadın sahibkarları cəsarətləndirmək və biznes bacarıqlarının yaradılması vasitəsilə Azərbaycanın KOM sektorunu inkişaf etdirmək üçün hökumət, assosiasiyalar və KOM-lar ilə çalışır. Həmçinin, Aİ, hökuməti uzunmüddətli sosial-iqtisadi inkişaf istiqamətində kiçik və orta ölçülü bizneslə bağlı müvafiq siyasət hazırlanmasında və bununla da ölkənin kiçik və orta ölçülü bizneslə bağlı potensialının üzə çıxarılmasında dəstəkləyir.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm