Ticarətə Hazıram: Azərbaycanda məhsulların siyahıya alınması ilə bağlı növbəti təlim keçirilib

Azərbaycan
Ticarətə Hazıram: Azərbaycanda məhsulların siyahıya alınması ilə bağlı növbəti təlim keçirilib

Bu ilin may ayında məhsulların siyahıya alınması üzrə keçirilən ilk təlimin davamı olaraq bu yaxınlarda həyata keçirilməyə başlanan EU4Business "Ticarətə hazıram" layihəsi çərçivəsində avqust ayının sonunda Bakıda ikinci təlim keçirilib. Adı çəkilən layihənin məqsədi Azərbaycan və digər Şərq Tərəfdaşlığı ölkələrində KOM-ların rəqabət qabiliyyətini artırmaq və qlobal bazarlara, xüsusilə Avropa İttifaqına çıxışını yaxşılaşdırmaqdır.

Beynəlxalq Ticarət Mərkəzi (BTM) tərəfindən icra olunan layihə həmçinin KOM-ların onlayn kanallardan daha səmərəli istifadə etməsinə kömək etmək, transsərhəd ticarəti asanlaşdırmaq və onların beynəlxalq satışlarını artırmaq məqsədilə innovativ rəqəmsal həllər tapmaq üçün KOM-ların elektron ticarət ilə əlaqədar bacarıqlarını inkişaf etdirməyə yönəlib.

Son dəfə keçirilən beş günlük seminarın əsas məqsədi son təlim etibarən Azərbaycan KOM-larının əldə etdiyi irəliləyişləri qiymətləndirmək, eləcə də mümkün qədər çox məhsulu rəqəmsallaşdırmaq olub. Seminarın ilk üç günü AzExport, son iki günü isə AzPromo-da (Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu) keçirilib. Yeni məkanda baş tutan hər iki seminarın ilk günündə əvvəlki seminarda BTM tərəfindən təlim keçən yeddi müxtəlif təlimçi iştirak edib. Onlar təlimlərdə öyrəndiklərini cəld şəkildə təkrar edərək diqqəti üzləşdikləri problem və məsələlərə yönəldiblər.

Öyrəndiklərinə təkrar nəzər saldıqdan sonra təlimçilərə biliklərini tətbiq edərək bütün KOM-ların nümayəndələrinə təlim keçməyə kömək etmək tapşırılıb. Burada məqsəd isə təlimdə iştirak edən KOM-ların elektron ticarət ilə bağlı bacarıqlarının formalaşdırılması və şirkətlərinin gücləndirilməsi üçün müstəqil şəkildə lazımi alətlərə sahib olmasını təmin etmək olub.

Təlimçilər elektron ticarətin mahiyyətini və yüksək keyfiyyətli məzmunun əhəmiyyətini tam dərk etdiklərini nümayiş etdiriblər. Bundan əlavə, onların ödənişlər, marketinq, logistika və gömrük kimi məsələlərin vacibliyini dərk etdiyi və eyni zamanda bu anlayışların tətbiq edilməsi ilə bağlı bacarıqlarının artdığı məlum olub. Təlimçilər rəqəmsallaşma prosesi ilə əlaqədar inam nümayiş etdirmiş, lakin onların məhsulların təsvirinin hazırlanması, yüksək keyfiyyətli şəkillərin çəkilməsi və redaktəsi, ştrix-kodların və məhsullar haqqında daxili arayışların yaradılması və məhsulların BTM tərəfindən təmin olunan platformaya yüklənməsinə dair öyrəndiklərini təkrar etmələrinə ehtiyac olmuşdur.

Təlimçilər arasında AzPromo, AzExport-un nümayəndələri və müstəqil məsləhətçilər olub. Seminar ərzində yeddi təlimçi doqquz müxtəlif şirkətin on nümayəndəsinə təlim keçmiş və redaktə olunmuş şəkillər, məhsulların daxili anbar kodları, ştrix-kodlar və təsvirlər ilə birgə platformaya yüklənən təxminən 65 məhsulun rəqəmsallaşmasına nəzarət ediblər.

Cookie-Lər
Bu sayt sizə daha yaxşı axtarış təcrübəsini təqdim etmək üçün cookie fayllarından istifadə edir. Daha çox məlumat
Cookie fayllarından imtina edirəm
Cookie fayllarını qəbul edirəm